July 6, 2010
Türkiyənin ən məşhur yazıçılarından biri, “İncə Məmməd” və digər populyar romanların müəllifi Yaşar Kamal 1960-cı illərdə Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsinin casusundan “əxlaqsız təklif” aldığını və həmin təklifi rədd etdiyini bildirib.
87 yaşlı yazıçı Amerikanın nüfuzlu siyasət dərgisi “The Nation”a müsahibəsində deyib:
“CIA ajanı arkadaşım vardı. Bana ‘İşçi Partisi’nden ayrıl, kitapların ABD’de popüler olsun’ dedi. ‘Or.. ço.., beni Amerikan parasıyla satın mı almaya çalışıyorsun. S… git”.
“The Nation” adı oxuculara açıqlanmayan həmin casusdan bu olay haqqında soruşduqda o, “belə bir şeyi xatırlamadığını, Yaşar Kamalın hafizəsinə şübhə etdiyini və yazıçıya heç zaman siyasət diqtə etmək fikri olmadığını” söyləyib.
Jurnal “bu olayla bağlı həqiqət necə olursa olsun, Yaşar Kamalın heç vaxt Qərbdə şöhrət qazanmadığına, sadəcə Şərq dünyasında tanındığına” diqqət çəkib.
Dəfələrlə Nobel mükafatına namizədliyi irəli sürülsə də, Yaşar Kamalın Nobel mükafatlı Orhan Pamukun “kölgəsində qaldığını” qeyd edib.
Azadlıq Radiosu
June 22, 2010
“Mənin yeni əsərim indi Azərbaycanda Qarabağ müharibəsi haqqında yazılan romanlardan fərqlənir. Həmin əsərlərdə görürsən ki, ya bir azərbaycanlı əsgər meydana atılıb bütün düşmənləri güllələyir, ya da ermənilərin hücumundan qaçanlar bir mağarada gizlənib düşmənə söyüş və qarğış yağdırır, onların hər şeyi azərbaycanlılardan oğurlamaqları haqqında danışırlar. Mənim məqsədim isə bu müharibəyə neytral baxmaq – müharibənin reallıqlarını tərəf saxlamadan təsvir etmək olub”. Yazıçı Seymur Baycan bunları yeni povesti haqda danışarkən deyib. Hazırda Qaxda əsərini tamamlamaqda olan yazıçı Azadlıq Radiosunun “Oxu zalı”na açıqlamasında deyib ki, povest ilkin variantda “Düşərgə” adlanır.
(davamı…)
June 19, 2010
Ədəbiyyat sahəsində Nobel mükafatına layiq görülmüş məşhur portuqal yazıçı Joze Saramaqo 87 yaşında vəfat edib.“Reuters” agentliyinin verdiyi məlumata görə, yazıçı Kanarya adalarındakı Lanzarote qəsəbəsindəki evində gözlərini əbədi yumub. Joze Saramaqo son vaxtlar ağır xəstəlikdən əziyyət çəkib.
Qeyd edək ki, Lissabon yaxınlığındakı Azinhaga kəndində yoxsul kəndli ailəsindən anadan olan Joze Saramaqo sonradan ailəsi ilə birgə köçdüyü Lissabon şəhərində təhsil alıb, kasıbçılıq üzündən sonradan təhsilini yarımçıq qoyub. Makinaçı ixtisasına yiyələnib. Diaro və Lisboa qəzetlərində texniki rəssam, redaktor, tərcüməçi işləyib. İlk əsəri olan “Günah ölkəsi” romanı 1947-ci ildə işıq üzü görüb. Yazıçının ən məşhur əsəri olan “Korluq” əsasında bədii film də çəkilib.
1998-ci ildə Nobel mükafatına layiq görülən Joze Saramaqo 2009-cu ildə Avropa Parlamentinə seçilmək istəsə də, seçkilərdə uğur qazanmayıb.
Lent.az
June 18, 2010
Nəşrlər evindən Lent.az-a bildirilib ki, ayın ilk onluğuna düşən kitablar aşağıdakı ardıcıllıqdadır:
1. Pərviz ,“Yad dildə”
2. Sevinc Pərvanə, “Şəhər”
3. Günel Mövlud, “5 xL”
4. Aqşin Yenisey, “Cənnətdə terror aksiyası”
(davamı…)
June 2, 2010
Mayın 31-i Bakıdakı “Park İnn” hotelində keçirilən mərasimdə Milli Kitab Mükafatı müsabiqəsində qalib gələn yazıçıların adları açıqlanıb.
“Media forum” saytı xəbər verir ki, müsabiqədə birinciliyi Elxan Qaraqanın “A” romanı qazanıb. (Gənc yazar hazırda hərbi xidmətdədir). İkinci yeri Əjdər Olun portret hekayələri, üçüncü yeri Fəxri Uğurlunun “Tanrı dağları” hekayələr toplusu və Samit Əliyevin “Sem şaqov v napravlenii zakata” povesti tutub. İlk üç yerin sahiblərinə diplom və hədiyyələr verilib.
Gənclər və İdman Nazirliyi Əlabbasın “Qiyamçı” romanını, “Qarant” Sığorta Şirkəti Arzu Soltanın “Dəvətnamə” hekayəsini, “1news.az” saytı Eyvaz Əlləzoğlunun “Odunçu geri qayıdır” romanını fərdi qaydada mükafatlandırıb.
(davamı…)
Məşhur rus şairi Andrey Voznesenski vəfat edib. Mayın 12-də Voznesenski 77 yaşını qeyd etmişdi.
“Media forum” saytı xəbər verir ki, şair iyunun 1-də evində dünyasını dəyişib. Voznesenski iki dəfə insult keçirmişdi. İkinci insultdan sonra onun səhhəti yaxşılaşmırdı.
Rusiya prezidenti Dmitri Medvedyev şairin yaxınlarına başsağılığı verib.
Voznesenski görkəmli rus şairi Boris Pasternakın yetirməsidir.
Dünyada məşhur olan Voznesenski Sart, Haydegger, Pikasso kimi şəxsiyyətlərlə yaxından tanış olub. Vaxtilə Andrey Voznesenski SSRİ-də təzyiqə məruz qalanda ABŞ prezidenti Con Kennedi SSRİ-nin rəhbəri Nikita Xruşşovdan onu xahiş edib.
May 18, 2010
Orxan Pamukun “Qar” və “Mənim adım qırmızı” romanından sonra dilimizə uyğunlaşdırılan “Yeni Həyat” romanı artıq satışa buraxılıb. Əsəri dilimizə uyğunlaşdıran Fərid Hüseyn, nəşrin redaktoru isə Etibar Lətiflidir. Orxan Pamukun ən sehirli və ən intelektual əsəri sayılan “Yeni Həyat” insanlar qəzanın, ölümün, sehrin, səyahətlərin sirlərini açıqlayır. “Bir gün bir kitab oxudum və bütün və bütün həyatım dəyişdi”. O.Pamukun lirik və sehirli romanı olan “Yeni Həyat” bu sözlərlə başlayır. Əsərin qəhrəmanı kitabın təsiri ilə aşiq olur, tələbəlik həyatından uzaqlaşır, İstanbulu tərk edir, davamiyyətli olaraq avtobusla səyahətə çıxır, şəhərlərə qəsəbələrə gedir. Özünün və zamanını azdırır. Başqa dünyaya – Yeni Həyata daxil olur. Roman həm əvəzsiz Zamanın, Ölümün, Taleyin, Yazının, Qəzanın sirlərinə, həm də uşaq vaxtı oxunan şəkilli romanlarına, görünün gözdən itən Mələyin, Dantenin, Rilkenin, şeirlərinə açılan qapıdır.
(davamı…)
May 9, 2010

Şair Qəşəm Nəcəfzadənin “Yazıçı” nəşriyyatında “Şeirin içindəki adam” publisistik kitabı nəşr olunub. 400 səhifədən və 1000 tirajdan ibarət olan bu kitaba şairin müxtəlif illərdə yazdığı məqalələr, esselər, mətbu orqanlara verdiyi müsahibələr, haqqında yazılan məqalələr və şeirlər toplanıb. Bu yazıların içindəki adam müasir ədəbi prosesimiz üçün çox maraqlıdır. Fikrimizcə, bu kitab 80, 90 və 2000-ci ilər ədəbi prosesini yaxından izləmək üçün oxuculara elmi, ədəbi-bədii, publisistik bir vasait ola bilər. Kitab Bakı Şəhər Metropalitenin maliyyə dəstəyi ilə işıq üzü görüb.
May 1, 2010
Çağdaş Azərbaycan şeirinin seçilən imzalarından olan Günel Mövludun şeirlər kitabı işıq üzü görüb.
Kultaz.Com-un verdiyi xəbərə görə, kitabda müəllifin yeni şeirləri toplanıb. Bu şeirlər Latın Amerikasının solçu qəhrəmanlarından tutmuş, Azərbaycanın ən ucqar əyalətində, çoxuşaqlı ailədə doğulan bir qızın sarsıntılarına qədər – mənəvi poeziyamızda az müraciət olunan bir çox mövzulara həsr olunub. Bu şeirlərdə bircə həqiqət var, onun adı – İNSAN-dır. Taleyi kiçik, adı böyük hərflərlə yazılan İNSAN! Bu şeirlərin qəhrəmanları yazılmış taleyi yaşayanlar deyil, bununla barışmayıb, özü özünə tale yazan İNSANlardır!
(davamı…)
March 22, 2010
Tanınmış yazar Taleh Şahsuvarlı Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Bu barədə Müstəqil İnformasiya Agentliyinə daxil olan məlumatı yazıçı özü də təsdiq edib. “Hələ ötən ilin ikinci yarısında AYB-yə üzv olmaq üçün müraciət etmişdim. Bu ilin əvəllərində isə Yazıçılar Birliyi müraciətimə baxmış və müsbət qərar qəbul etmişdi. Təxminən bir həftə əvvəl Azərbaycan Yazıçılar Birliyində yeni qəbul olunan üzvlərə vəsiqə verilməsi üçün xüsusi törən keçirilib. Orada bir çox gənc və istedadlı qələm sahiblərinə Anar müəllimin imzası ilə AYB-nin üzvlük vəsiqəsi verilib. Mən Avropa Birliyinin və Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun dəstəklədiyi beynəlxalq tədbirdə iştirak üçün Ukraynada uzunmüddətli səfərdə olduğumdan əfsuslar olsun ki, həmin tədbirə qatıla bilmədim. Amma bayram tətilindən dərhal sonra AYB-yə gedib həm vəsiqəmi götürəcəm, həm də sədrimiz Anar müəllimi ziyarət edərək ona öz təşəkkürümü bildirəcəm”. (davamı…)