Cavid Ramazanov: Absurdistanda ədəbiyyat davası (II yazı)
![110[1]](http://edebiyyat.net/wp-content/uploads/2010/07/1101-150x150.jpg)
Vallah, çox absurd ölkədə yaşayırıq. Bunu yüz dəfə, min dəfə, milyon dəfə deyiblər. Qoy mən də yüzbirinci, minbirinci, milyonbirinci dəfə deyim: Azərbaycan absurdlar ölkəsidir, Azərbaycan mənasızlıqlar ölkəsidir, Azərbaycan təfəkkürcə xəstə insanlar tərəfindən idarə edilən ölkədir.
Keçən həftə “Absurd cəmiyyətdə ədəbiyyat müsabiqəsi” adlı bir məqalə yazdım, bir həngamə, bir vay-şivən qopdu ki, gəl görəsən. Ömründə “A” romanından başqa əsər oxumayan, “HOST”un replərindən başqa alternativ musiqiyə qulaq asmayan, ciddi, kədərli, yalanı sevməyən, xəyanəti bağışlamayan Elxan Qaraqanın fanatlarını başa düşmək olardı, bəs qeyriləri?
“Onlar bütün bunları paxıllıqları, kinləri və hikkələrindən edirlər…
Sadəcə, mən o cavan uşaqların öz yaşıdlarına qarşı o cür münasibətini anlamıram. Məsələn, Anara, qoca yazıçılara bu cür yanaşırdılar, indi də öz yaşıdlarına keçiblər. Nə var-nə var, bir az uğuru var…
Sadəcə, Elxan haqqında kampaniya aparmağa cəhd edən o gənclərin bəd niyyətlərinə heyfislənirəm”.
Bu sözləri Elxan Qaraqanın ideoloqu Rəşad Məcid məlum məqaləmə münasibət bildirərkən deyib.
İndi nə deyəsən? Bu nə məntiqdir? Bu nə düşüncə tərzidir? Bunu allah qoymasa, ədəbiyyat adamı, kitab oxumuş, intellektual bir insan deyir.
Mən Elxan Qaraqanın romanı barədə tənqidi məqalə yazmışam. Amma sən demə, Azərbaycanda kimisə tənqid etmək, ona paxıllıqdan, kindən-küdurətdən irəli gəlirmiş.
Rəşad bəy, mən indiyə qədər nə bir hekayə, nə də bir roman yazmışam. Milli Ədəbiyyat Müsabiqəsinə əsər təqdim etməmişəm. Əgər mən hekayə yazsaydım, roman yazsaydım, onu ədəbiyyat müsabiqəsinə təqdim edib, uduzsaydım, bəlkə də bu sizin əlinizdə məni paxıl, kinli, bəd niyyətli adlandırmaq üçün fürsət ola bilərdi. Amma mən bunların heç birisini eləməmişəm, mən hələ ki publisistikayla məşğulam.
Sözünüzdən belə çıxır ki, AYB-nin üzvü olan ədəbi-tənqidçilər paxıl, kinli, bəd niyyətli adlandırılmaqdan qorxduqları üçün yalnız təriflə, mədhiyyəylə məşğuldurlar. Sözünüzdən belə çıxır ki, bu gün cəmiyyətimizi məhv edən tərifin, yaltaqlığın, əntərliyin səbəbi elə insanların paxıl, kinli, bədniyyətli adlandırılmaqdan qorxduqları üçündür. Kimisə tənqid eləyən adamları da dərhal dama basırlar. Emin Millini, Adnan Hacızadəni, Eynulla Fətullayevi, həbsdən təzə çıxmış digərlərini də paxıl olduqları üçün, hakimiyyətin uğurlarını qısqandıqları üçün, əsassız tənqid etdikləri üçün dama basıblar. Əla məntiqdi, söz ola bilməz. Dərhal beynəlxalq təşkilatlara bu barədə məlumat vermək lazımdır ki, həbs edilənlər paxıldırlar, kinlidirlər, qısqancdırlar, ona görə də içəridə ömürləri çürüyür, əcəb olur, vətən öz düşmənlərini tanımalıdır!





( Xocalı soyqırımı ilə əlaqədar Odlar Yurdu universitetində edilmiş çıxış )
Bəri başdan onu deyim ki, ədəbiyyatın “ən yeni” kateqoriyaya bölünməsi məsələsi çox ciddi redaktəyə ehtiyacı olduğu qədər də kiçicik və adi tənqidə dözmür. Çünki müasir ədəbi gəncliyin “ən yeni ədəbiyyat” kimi təqdim edilməsi qarşılığında “əllisini” aşırıb yüzə doğru gedənlərin qələm təcrübələrinin “köhnə ədəbiyyat” adlanmasına ehtiyac duyulur ki, bu da azından – ədəbi termin baxımından – qətiyyən məqbul deyil. Gərək “köhnə” yerinə daha əlverişli “klassik” sözündən istifadə edilsin ki, problem də onda başlayır: Əgər “60-cılar” klassikdilərsə, onda klassiklərimizə nə ad qoyaq?
20-ci yüzilin birinci yarısında Azərbaycan ədəbiyyatı kiçik istisnaları çıxmaq şərti ilə daha çox sosrealizmin saxta qəlibləri içində yaranırdısa, 60-cı illərdən başlayaraq (“Xruşşov mülayimləşməsi” dövründə) dünyada baş verən ictimai-siyasi, mədəni dəyişiklərin, təsirilə ədəbiyyatımızda lirik-psixoloji ovqat artdı. 65-67 milyon adamın həyatına son verən 2-ci Cahan Hərbinin vurduğu ağır zərbələrdən sonra yazıçılarımızı daha çox insanın mənəvi aləmi ilə bağlı mövzular maraqlandırmağa başladı. Tarixi-sosial-mədəni dəyişikliklər yeni bir epoxanın başlanmasından xəbər verirdi…







