Ədəbiyyat.Net - Fərqli ədəbiyyatın ünvanı

Archive for the ‘Poeziya’ Category

Poeziya

July 18, 2010

Əfsanə Laçın: Şeirlər

Metrodayam
Qatarlar iki dəqiqədən bir gəlib gedir.
Minmirəm
Sayıram ömrümdən gedən dəqiqələri.
Qatarlar ötdükcə
Ömrümdən gedir.
Deyəsən lap qocalmışam…..
Diqqət,Diqqət
Sərnişinlərin nəzərinə
Qatar depoya gedir.

(davamı…)

Poeziya

Tural Ağatlı: Yeni şeirlər

GECƏNİZ XEYRƏ QALSIN!

Üç yoldaş, uzun yol, yerişlər qıvraq,
Tutqun bir gecənin ömrü yarıdır.
Qarşıda zülməti səylə yararaq,
Yolumuz sürətlə evə sarıdır.

Yenə də işıqlar hər günkü təki
Qəflət yuxusunda yuxulayırdı.
Hərdən bir gözünü açıb çəpəki,
“Artırmı saçlarda dən?” yoxlayırdı.

Qoy yerə tacından Ay işıq saçsın,
Hər gecə önündə qurulanda taxt.
“Ayrılaq, gecəniz xeyirə qalsın”,
Bizlərdən bir nəfər dilləndi bu vaxt.

“Xeyirə qənşər get” söyləyərək biz,
Xeyirlər dilədik dost ünvanına.
O döndü, ayrıldıq, indi ikimiz
Daraşdıq çuxurlu yolun canına.

Bir azdan özümdə tək dinəsiyəm
Bu aylı, ulduzlu göyün altında.
Deyəsən, indicə təklənəsiyəm,
Qazandım bir “gecən xeyrə qalsın” da.

(davamı…)

Poeziya

July 7, 2010

Əsəd Qaraqaplan: Yeni şeirlər

QİYAMƏT GÜNÜ

mən bilirdim dəhşətli olacağını
sənin çıxıb gedəcəyini bilirdim
ya da mənim səndən çıxıb gedəcəyimi..
içmədiyim suların üzərindən yürüdükcə
bir xurma ağacından xurma dərib yemədikcə
baxdığın göy üzündə quşlar da ötmədikcə
mən bilirdim dəhşətli olacağını..

mən bilirdim dəhşətli olacağını
hələ dünyaya gəlməmişdən min il
min yol il qabaq
hələ Qabil Habili öldürməmişdən
üç yüz il yaşayan qarğa
yer qazıb öldürdüyünü basdırmamışdan hələ
mən bilirdim dəhşətli olacağını..

mən bilirdim dəhşətli olacağını
yer üzünə yenə ayaq basacağımı bilirdim
ya da yerin ayaqlarına səriləcəyini..
bir insan sifətində uçurum işığının sönəcəyini
bilirdim genişliyinin itəcəyini..
gözlə gördüyüm hər şeyin qaranlığının
düşdüyüm bu alanın sonsuzluğunu
mən bilirdim dəhşətli olacağını..

(davamı…)

Poeziya

Seyid Ramindən bir şeir


Dua

Bu könül dözmədi eşqin belə işgəncəsinə,
Kimsə səs vermədi neyçünsə bu könlün səsinə,
“Əlim hər yandan üzüldü ümüdüm qaldı yenə,
Sənə doğru açılan əllərimin kölgəsinə.”

Yürüyərkən yolumu sanki itirdim gəldim
Özümü mən buraya güclə yetirdim gəldim,
Hər nəyim vardısa izninlə gətirdim, gəldim,
“Sənə doğru açılan əllərimin kölgəsinə.”

Mən sənin eşqini qəlbimlə tutub saxlamışam,
Eşqimin atəşini söndürərək ağlamışam,
Həmişə mən dar ayaqda ümüdü bağlamışam,
“Sənə doğru açılan əllərimin kölgəsinə.”

(davamı…)

Poeziya

July 5, 2010

Nərmin Hüseynzadədən bir şeir

Və bir də…
Gecənin özü səda,
Sonu sükut
Saat çıqqıldayır
əqrəblər köklənib
“do”-ya
layla çalır sükuta
Və birdən
Deyingən bir qarı,
Qarı ilə oynayan,
Yarpaqları döyən
Külək…
Və bir də
Gecənin əynindəki
Qara libasdan asılan
Bəyaz geyimli xoşbəxt
mən…
(davamı…)

Poeziya

Tural Ağatlı: Şeirlər

YUXU

Aşkar bir oyaqlıq oxunur gözdən,
Əngələ çevrilib yuxum gəlməsi.
Daha da qaçırır yuxumu gözdən
İnləyən gecənin qərib nəğməsi.

Yuxumu donduran o tilsimkarın
Tutub tilsimini sındıram bu dəm.
Şirin yuxulardan kam alanları
Xoşbəxt bir varlıqlar sanıram bu dəm.

Bu gecə gözlərim yuxu görərmi,
Uyumaq harammı sayılıb mənə?
Kəsib yuxusundan yuxu verərmi
Kimsə yuxusundan ayılıb mənə?

Gecə özü bir qəbirdi qazılmış,
Dəfn edib yuxumu gözlənilmədən.
Minnət gözləyənin dərdi azıymış,
Yuxum da bir minnət gözləyir məndən.

Yuxum oğurlanıb mən uyuyunca,
İtib xəyalımdan, məndən uzaqdır.
Nə vaxt bir uyudum özüm doyunca,
Elə də oğrunu yarıdacaqdır.

(davamı…)

Poeziya

July 4, 2010

Yusuf Hayaloğludan möhtəşəm şeirlər


Ayrılık Hediyesi

şimdi saat sensizliğin ertesi
yıldız dolmuş gökyüzü ay-aydın
avutulmuş çocuklar çoktan sustu
bir ben kaldım tenhasında gecenin
avutulmamış bir ben…

şimdi gözlerime ağlamayı öğrettim
ki bu yaşlar
utangaç boynunun kolyesi olsun
bu da benden sana
ayrılığın hediyesi olsun

soytarılık etmeden güldürebilmek seni
ekmek çalmadan doyurabilmek
ve haksızlık etmeden doğan güneşe
bütün aydınlıkları içine süzebilmek gibi
mülteci isteklerim oldu ara sıra, biliyorsun..
şimdi iyi niyetlerimi
bir bir yargılayıp asıyorum
bu son olsun be..bu son olsun!
bu da benim sana
ayrılırken mazeretim olsun!

şimdi saat yokluğunun belası
sensiz gelen sabaha günaydın!
işi-gücü olanlar çoktan gitti
bir ben kaldım voltasında sensizliğin
hiç uyumamış bir ben…

şimdi dişlerimi sıkıp
dudaklarıma kanamayı öğrettim
ki bu kızıl damlalar
körpe yanağında bir veda busesi olsun
bu da benden sana
heba edilmiş bir aşkın
son nefesi olsun…

(davamı…)

Poeziya

Hikmət Carçılı: Dar ağacı

meydanlar dolduran vaxtın vardı sənin,
hamı tamaşana durardı sənin,
kiminin ürəyi gedərdi
bu saat əzizinin boynu həlqənin arasına keçib
sınacaq deyə,
kimi vicdanlı olmağa çalışardı
sənin qorxundan…
meydanlar dolduran vaxtın vardı,
hamı lərzəyə gələrdi adını eşidəndə,
hamı ləzzətə gedərdi meydana gedəndə
kiminsə həyatı bu gün dayanacaq deyə…
hamının ölümdən zəhləsi gedirdi…
hamının qan görmək üçün ürəyi gedirdi,
toy gecəsi gənc oğlanın keçirdiyi hisləri keçirirdi hamı…
hamı olurdu saf,
hamı olurdu allah adamı
zəhmin çox ağırdı,
adındakı hər hərfdən zəhirmar yağırdı
DAR AĞACI…
(davamı…)

Poeziya

July 1, 2010

Şarl Bodler: Dedin ki, ölmərik, bəs niyə öldük?..

Heç sırası deyil,
Ancaq gəl,
Gəl ki,
Geri qayıda bilməzsən.
Saatın əqrəbləri
Dəryaz kimi biçir ömrümü
Bax bu da bir yersiz bənzətmə,
Gəl,
Hər şeyə,
Elə bu sallaqxana pişiyi kimi
Gözlərini qıyan
Bənzətmələrə də son qoy…
Eh…
(davamı…)

Poeziya

Günel Mövlud: “5XL” kitabından seçmələr


İntihar silsiləsi

Yazı yazdığım vərəqlərin
üstünə düşən yarpaqları öpürəm
Ağacların qurumağında qocalıram, Səda!
Amma hələ də bilmirəm – necə unudurlar adamı?
Bilmirəm…
Üzümü cırmaqla
Saçımı dağıt!
Sən dünən sığınacaq idin
Bu gün – xilas
Sabah
Sabah da sadəcə OLMAYACAQSAN
Mənsə hələ də bilmirəm – necə unudurlar adamı?
Bilmirəm…
sabah yenə saçlarım çirklənəcək
quruyacaq əllərimin kobud dərisi
sabah yenə dodaqlarım səyriməyə
gözlərim ağlamağa hazır
sabah yenə həyat boz,
sevgi uğursuz…
(davamı…)

Poeziya

June 30, 2010

Mövlanə Cəlaləddin Rumidən möhtəşəm şeirlər


Gitme, istəməm!

Demek sen böyle salına salına bensiz gidiyorsun,
Ey cаnımın cаnı.
Еy, dostların canına can katan,
gül bahçesine böyle bensiz gitme, istemem.
İstemem, ey gökkubbe, bensiz dönme.
İstemem, ey ay, bensiz doğma.
İstemem, ey yeryüzü, bensiz durma.
Bensiz geçme, ey zaman, istemem.
Sen benimle beraberken
Hem bu dünya güzel bana, hem o dünya güzel.
İstemem, bensiz kalma bu dünyada sen,
o dünyaya bensiz gitme, istemem.
İstemem, ey dizgin, bensiz at sürme.
İstemem, ey dil, bensiz okuma.
İstemem, ey göz, bensiz görme.
Bensiz uçup gitme, ey ruh, istemem.
Senin aydınlığındır aya ışığını veren geceleyin
Ben bir geceyim, sen bir aysın madem,
gökyüzünde bensiz gitme, istemem
Gül sayesinde yanmaktan kurtufan dikene bak bir.
Sen gülsün, bense senin dikeninim madem,
gül bahçesine bensiz gitme, istemem.
senin gözün bende iken
ben senin çevgänın önündeyimdir.
Ne olur, öylece bak dur bana,
bırakıp gitme beni, istemem.
O güzelle berabersen, sen ey neşe,
istemem, sakın içme bensiz.
Hünkärın damına çıkarsan, ey bekçi,
sakın bensiz çıkma, istemem.
Bir şey yoksa bu yolda senden,
bitik bu yola düşenlerin hali.
Ben senin izindeyim, ey izi görünmez dost,
bensiz gitme, istemem.
Ne yazık ki bu yola bilmeden rasgele girene!
Sen ay, gideceğim yolu bilen,
sen ey yolumun ışığı, sen ey benim değneğim,
bensiz gitme, istemem.
Onlar sadece aşk diyorlar sana,
oysa aşk sultanımsın sen benim.
Ey, hiç kimsenin düşüne sığmayan dost,
bensiz gitme, istemem.

(davamı…)

Poeziya

İki polşa şairindən nümunələr


Leopold Staff (1878-1957) - XX əsrin ən çox oxunan şairlərindəndir. Hüquq, fəlsəfə və filologiya fakultələrində təhsil aldı. 1901 – ci ildə «Gedişlə bağlı yuxular» adlı şeir kitabı ilə modernizmin özünə məxsus şairlərindən biri kimi tanındı. 1918 – ci ildə artıq şairin doqquz şeir kitabı nəşr olunmuşdu. 1946 – cı ildə «Mart havası» kitabı nəşr olunub. Tərcüməçi kimi qədim yunan və latın dillərindən elədiyi tərcümələrdən başqa fransız, italyan və alman dillərindən elədiyi bir sıra tərcümələrlə də tanınır.

ARTIQ GÜNÜ QAPATMAQ İSTƏYİRDİM

Artıq günü qapatmaq istəyirdim
Oxunmuş bir kitab kimi
Bürünmək, qapqara bir sakitliyə
Yatmaq istəyirdim o böyük gücə.
Bütün ehtişamı ilə pəncərədən görünənə kimi dan qızıllığı -
sevinc və qorxu oyandıran gözəllik
yanğın kimi alov saçan
bir orkestr kimi sakitliyi pozan.
Bu da yeni bir gün, yeni bir dünya
minlərlə dan işıqları oynaşır içimdə
yüksəlirəm barmaqlarımın ucuna
Dayanıram upuzun bir pilləkənin qarşısında

Viklina 1954 – cü il

(davamı…)

Poeziya

June 28, 2010

Aysel Əlizadənin Alikə yazdığı şeir

Kasıb vaxtımda gəldin, şairim
Adamlar hamısı xərcləndi
Heç qalıq da qalmadı birindən
ən kökündən də heç nə qalmadı.
- adamlar ölməyə başladı…

…yorğunam…

- Sakitliksən… Qadınsan…Susma…

Kişi olmayan şairlər
Şair olmayan kişilər
Hamısı qadından danışır.
Kişinin yeri qadındır
Sənin yerindir.
(davamı…)

Poeziya

June 25, 2010

Nərmin Hüseynzadə: Sadəcə şeir…


Of, necə kədərli gecədir,
dost
Darıxıram,ağlayıram,düşünürəm
İlk dəfə
bu qədər işin hamısını
eyni anda görürəm
yoruluram…
Bir qurtum çayla
Böyük bir
Şokolat parçası yeyirəm
Qulaqlarımı musiqidən asıram
Təkəm,dost
(davamı…)

Poeziya

XOSROV BARIŞAN: İki şeir (TƏBRİZDƏN)


ÇAXIRLAR DÖYÜŞÜ

Bax …
Ey insan bax…
Dünyaya yalnız
Silahların
Arpacıq dəliyindən
Bax!
(davamı…)

Poeziya

June 23, 2010

Vüsal Nurudan yeni şeirlər


Cəhənnəm nəğməsi.

Vurar başına ay işığı
əynindən kölgən düşər.
Elə bilərsən canındı,
qorxarsan,
sənə mələklər gülüşər.

Ölüm qorxuya dönüncə
dualar çırpılar divarlara
Tutub üzünü bir küncə
içində yellənər ruhun
ravvin kimi,
yalvara-yalvara
Eloxa!
Eloxa!
Ey adam,
sən bir sinaqoq kimisən!

(davamı…)

Poeziya

June 20, 2010

Səhərdən şeirlər

Səhər – Kürdəmir rayonunda anadan olub. N.Tusi adına ADPU-nu bitirib.
Bu şeirlər onun “Ruhun nəfəsi” kitabından seçmələrdi.

***

Min il sonra

Qoyub gedəsən bu ömrü,
Gedəsən və gəlməyəsən.
Heç bir kəsi görməyə də,
Ölməyə də gəlməyəsən.

Öpüb bu yaz axşamını,
Yuxuda qoyub hamını,
Çıxarıb ayaqlarını
Əlinə alıb gedəsən.

(davamı…)

Poeziya

Mirbəhram Əzimbəyli: Qorxma, səni sevməyəcəm!

Qorxma, SƏNİ sevməyəcəm!
Əlləri isti,
Gözləri eynəkli,
Saçları küləkli
QIZ…

Gördüm: Qorxdun sevgidən!
Mən də oradaydım,
Dayana bilmədim
Ağladım…

Dedin: Gözlərin tərləyir
Dedim: Mən həmişə tərliyəm…
Susdun,
Susa bilmədim,
Bir ah çəkdim…

(davamı…)

Poeziya

Hemid Herisçidən yeni şeirlər

CƏLLADLA ÜZ-ÜZƏ

Siqaret kötüklərinin
bol olduğu,
bircə külək həmləsiylə
yox olduğu,
qəbirstanlıq mollasının yorulduğu,
ən tənha məzarı seçib,
üzərində oturduğu,
uzaq sarı işıqların ac,
zülmətin tox olduğu,
lüm-lüt qış ağaclarının mənə
bahar fəsli
boyun olduğu,
insanların öz kölgəsini
fahişə kimi soyunduğu,
divarlara
yad kölgələrin qonduğu,
küləyin sait, ağacların samit
səs olduğu,
səfehliyin mənə aid olduğu,
it-bat bir yerdə,
(davamı…)

Poeziya

June 16, 2010

Günay Dağlı: Yeni şeirlər


Səni sevirəm

Döyəsən əllərinlə şad olaram mən,
Acılasan da dilinlə sevinərəm
Öldürəsən çəkənim olmayacaq qəm
Çünki səni sevirəm, səni sevirəm

Mən cəhənnəm yolçusu, sufi dərvişəm
Dünyaya mən yenidən dönüb gəlmişəm.
Deyəsən, elə səni sevib ölmüşəm
İndi səni sevirəm, səni sevirəm

Bax əynimə sənin rəngini geymişəm,
Hamıya da sən dediyini demişəm.
Burada səni təbliğ etməkdi peşəm
Çünki səni sevirəm, səni sevirəm

(davamı…)

Poeziya

June 14, 2010

Türkan Zamanova: Duel

Duelə çıxacağam xatirələrinlə.
Ovcumda gizlətdiyim
yeganə silahım olan,
naməlum gələcəyimlə.
Qalib gəlsəm…
Donduracağam səni bir fotoda
Ağ fonda qara kölgən,
sililuetin görünsün ancaq.
Üzünü görə bilmiyim,
Qınınyım…
(davamı…)

Poeziya

June 11, 2010

Mirbəhram Əzimbəyli: Qarğalı şəhər

Qarğaların səsinə oyandım bu səhər
Yarı qaranlıq,
Can verən səssizlik
Və hardasa bu şəhər…

Gözlərimdə yuxusuz yuxu,
Dilimdə kasıb sözlər,
Sinirləri kəsilmiş yaralı düşüncələr
Və bir ümid gəzər kəndirbaz kimi
Ruhumu asdığım ipin üzərində:
-Yaşamaq! Xoşbət olmaq!
Və haradasa bu şəhər…

(davamı…)

Poeziya

June 10, 2010

Vüsal Hacılı: Bulud

Göy üzündə kövrəlmisən,
Mənə kölgə salan bulud.
Yoxsa həmdəmmi gəlmisən
Baş üstümü alan bulud.

Məni görüb ağlamadı,
Bu nə paydı, bağlamadı?
Yenə də çox saxlamadı
Küləklə bir qalan bulud.

(davamı…)

Poeziya

June 9, 2010

Elmin Bədəlov: İntihar cəsarəti

İnsan çoxluğunda
boğulan yalnızlığım.
Bir də içimdə
intihar cəsarəti

Kimsə bilməz mən duyduğum
səssizliyi
Əsəbində gizlətdiyin
sevgini də
Mənə sarılma baxışlarınla
İtilib, get uzağa
Cəhənnəm ol
Get ki, gözüm üzdə olan
saxtalıqlar arxasında gizlətdiyin
həqiqəti,
məhəbbəti
görünməyən, hiss etdiyim
darixmağı
heç görməsin
(davamı…)

Poeziya

June 8, 2010

Ayxan: Yeni şeirlər

SONUNCU SAĞLIQ

məcid həsənli üçün

yandırın siqaretləri,
bu gün əsil çəkmək vaxtıdı.
süzün badələrə,
bu gün əsil içmək vaxtıdı.
həyat – bir şüşə arağın son yudumu
və bir siqaretin son tüstüsü…
hələ göz yaşımız qurumayıbsa,
hələ nəfəsimiz gedib-gəlirsə
demək acılar da bitməyib…

iç, iç, dostum,
bu dünya onsuz da
deyil düzələn.
iç dostum,
son sağlıqda gör
nə deyir
Ayxan:
“bu dünyada insanlar yox,
insanlıqlar ölür…”

30.05.10

(davamı…)

Poeziya

June 6, 2010

Qiorqi Kekelidze: Şeirlər

Sevgi mürəkkəblikləri

kirpiyini kirpiyimə dirə
-
İndi bizim aramızda qıl körpüsü var.

Sevda bağından gəzintiyə çıxmaq

Rəngli çəmənlər məni aldatdı

Gözümə dirənən yaşı içimə qaytardım,
-
Gözümə su içirtdim.

(davamı…)

Poeziya

June 5, 2010

Odiseas Elitis: YOXLUĞUN İQLİMİ

1911-ci ildə Kiritdə anadan olub. 1979-cu ildə nobel mükafatı alıb.

I

Dünyanın bütün iqlimləri günah çıxardı
Yerlərini tasam doldurdu.
Saçlarımın içində üzgün olunca
Peşmanlıq duymayan elm
Bir acının düyününə bağlandı

II

Saat unutdu özünü axşam olarkən
Xatirədən kasıb
Ağacı səssiz
Dənizə doğru
Unutdu özünü axşam düşərkən
Qanad çalmağı kasıb
Üzü hərəkətsiz
Dənizə doğru
Axşam düşərkən
Sevgidən uzaq
Ağzı qərarlı
Dənizə doğru
Mən – içində özümə çəkdiyim Durğunluğum.

(davamı…)

Poeziya

June 4, 2010

Sezai Qaraqoçdan şeirlər

Çağdaş Türk İrfan şeirinin ən öndər isimlərindən bir Sezai Qarakoçun bu şeirləri yaradıcılığının ilkin dövrlərinə təsadüf edir. Bu kitabda şairin ilk qələm təcrübələrini də verməyi məsləhət bildik. Gəncliyində yazılsa da, Türk şeiri içərisində orjinal dəsti-xəttə sahib olan bu şeirlər Azərbaycan oxucusu üçün də maraqlı olacağı fikrindəyəm.
Bu şeirlərini yenidən işləyən şair 1998-ci ildə «Mona Roza» adıyla yenidən kitab şəklində çap etdirib. Yenidən yayılanan bu şeirlər Türkiyənin irfani dünyagörüşə sahib sənət çevrəsində böyük səs-küyə səbəb oldu. Şerin üzərinə onlarla məqalələr yazıldı. Zaman göstərir ki, S.Qarakoçun ilk qələm təcrübələri əsl sənət nümunələridir.

(davamı…)

Poeziya

June 3, 2010

Mirbəhram Əzimbəyli: Ovçu dostuma məktub

Ovçu dost,
Keç bu düzlərdən
Keç adamların əyrisindən, düzündən…

Ovçu dost, çıx ova!
Soruşma! Fərqi yoxdu hara
Tarqovuya, ya Şıxova!
Çıx, belində tüfəng yox,
Pulemyot!
Ayağının altında at yox,
Tank!
Öldürməkdən qorxma dost!
Onsuz da YAXŞI insanların nəsli çoxdan kəsilib.

(davamı…)

Poeziya

June 2, 2010

Səlcuq Elçinin ilk şeiri


Bir yaz gecəsi,
heç kim olmayan
dəniz kənarı,
dörd xırdalan pivəsi,
bir qutu Kent səkkiz
və Ahmet Kaya şərqiləri…
səni xəyalımdan
gəlib kimi ala bilər ki?