Ədəbiyyat.Net
	<language>en</language>
Kəramət Böyükçöl: “Ədəbiyyatda yaza bilməyib, əsəbindən məhv olmuş o qədər yazarlar var ki, amma hələ də ortalqıdan çıxmırlar ki, çıxmırlar”
		<description><![CDATA[Budəfəki müsahibimiz Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən “Metafora” ədəbiyyat dərnəyinin rəhbəri, gənc yazar Kəramət Böyükçöldür. Kəramət Böyükçöl həm də “Çatlamış Fincan” şeirlər kitabının müəllifidir.
- Kəramət bəy, dəyərli vaxtınızdan ayırıb müsahibəyə razılıq verdiyiniz üçün minnətdarlığımı bildirirəm.  Bildiyimizə görə, yeni roman yazmısınız. Bu, hansı ehtiyacdan yarandı? Axı biz sizi [...]]]></description>
Məcid Həsənli: Qanım qaralıb
“Oğru elə bağırdı ki, doğrunun bağrı çatladı.”
Atalar sözü
Biz çox ədalətsiz dünyada yaşayırıq. Həddindən artıq ədalətsiz özü də. Həm də tərbiyəsiz. Bizim həmişə marağımızda olan Qərb günü-gündən vəhşiləşir, şərəfsizləşir, əxlaqsızlaşır.
Tələbə dostum Mamed bayaq soruşdu ki, məndən niyə birtəhərsən? Dedim, Qərb yaman qaralayıb bizi. Bilmirəm, nə olacaq axırı. Başına döndüyüm Mamed gözlədiyim cavabı verdi. Dedi ki, qardaş [...]]]></description>
Hikmət Carçılı: Rüfət (mənasız bir hekayə)
Yasunari Kavabata: Çox sağ olun!
		<description><![CDATA[Xurma bu il yaxşıca bəhər vermişdi. Dağlarda payız gözəl idi.
Liman şəhəri yarımadanın cənub səmtində yerləşirdi. Yaxası bənövşəyi rəngli sarı kitel geyinmiş sürücü ikinci mərtəbənin gözləmə zalındakı ucuz qəlyanaltıxanadan çıxıb aşağı endi.
Əlində çanta tutmuş qadın öz qızını sürücünün yanına qaldırdı:
-Yaxşı ki, sizin növbənizdir. Siz bizi aparanda mənim qızım bilirsiniz necə sevinir? Nə yaxşı oldu!-dedi.
Sürücü qızı diqqətlə [...]]]></description>
II Qismət: “Heç kimin mənim yerimə səhv və ya düz addım atıb deməyə ixtiyarı yoxdur!”
		<description><![CDATA[Bu həftəki müsahibimiz gənc yazar Qismətdir. Qismət ədəbi mühitdə yeni imzalardan biri olsa da, qısa müddətdə xeyli tanına bilib. Onunla bir çox məsələlər barədə söhbətləşdik. Müsahibəni sizə təqdim edirik.
   – Bu yaxınlarda Milli kitab mükafatının qalibi Elxan Qaraqanın “A” romanı ilə bağlı “plagiatdır” fikirləri səsləndirildi. Mətbuatda bu mövzu ətraflı işıqlandırıldı. Sizin buna münasibətinizi [...]]]></description>
Yeganə Cansail: Yachts…yaxud xeyirxah qatil
		<description><![CDATA[Bayırda yağışlı soyuq külək əsirdi. Belə havanı heç sevmirəm. Adətən belə günlərdə evə çəkilir, isti sobanın qarşısında bardaş qurub kitab oxuyar, yaxud notbukda dostlarla yazışıram. Bu gün nəsə içimdə caz mərkəzinə gedib musiqi dinləmək istəyi yaranmışdı. Nə vaxtdı ora getmirdim. Proqramda gürcü qonaqların ifası yer almalıydı. Odur ki, həvəslə evdən çıxıb caz mərkəzinə üz tutdum.
Burdakı [...]]]></description>
Əfsanə Laçın: Şeirlər
Metrodayam
Qatarlar iki dəqiqədən bir gəlib gedir.
Minmirəm
Sayıram ömrümdən gedən dəqiqələri.
Qatarlar ötdükcə
Ömrümdən gedir.
Deyəsən lap qocalmışam…..
Diqqət,Diqqət
Sərnişinlərin nəzərinə
Qatar depoya gedir.
Get dərdini,qəmini
soyun gəl
Get üzünü çayda yu
qara bəxtini
suya axıt gəl!
Gəl bir az
üzünə,gözünə
sevinc sürtüm
xoşbəxtlik libası
alım bahalı.
Bəsdir nəfəs aldın
Bir az yaşa sən!
Telefon.
Nə qəribə aparatdı.
Arzulayanda basırsan düyməni
1 neçə dəqiqəlik
Səsin qonaq gedir
əzizinin səsinə
Deyirəm bir aparat olaydı
Düyməsini basaydın
qonaq gedəydin bir neçə dəqiqəlik əzizinə.
Tural Ağatlı: Yeni şeirlər
GECƏNİZ XEYRƏ QALSIN!
Üç yoldaş, uzun yol, yerişlər qıvraq,
Tutqun bir gecənin ömrü yarıdır.
Qarşıda zülməti səylə yararaq,
Yolumuz sürətlə evə sarıdır.
Yenə də işıqlar hər günkü təki
Qəflət yuxusunda yuxulayırdı.
Hərdən bir gözünü açıb çəpəki,
“Artırmı saçlarda dən?” yoxlayırdı.
Qoy yerə tacından Ay işıq saçsın,
Hər gecə önündə qurulanda taxt.
“Ayrılaq, gecəniz xeyirə qalsın”,
Bizlərdən bir nəfər dilləndi bu vaxt.
“Xeyirə qənşər get” söyləyərək biz,
Xeyirlər dilədik dost [...]]]></description>
Vaqif Bayatlı Odər: “Susub durmaq ancaq böyük həqiqətləri kəşf edərkən mümkündür”
“Mən indi ancaq fədakarlıqları, məhəbbətləri xatırlayıram
Allah heç bir dini kitabında “mən Allaham, dünyanı mən yaratmışam” deməyib”
– Vaqif bəy, bir az öncə rahatsızlığız olmuşdu, şükür Allaha ki indi ayaqdasız və bizim suallarımızı cavablandırırsız. Bəs indi özünüzü necə hiss edirsdiz..
– Hər bir insan Allahın duyğusunun milyardda bir hissəsi də ola bilər. Ona görə də, hər bir insanın [...]]]></description>
Xorxe Luis Borxes: “Dil estetik amildir və minlərlə insanın əsəridir”
Məşhur Argentina yazıçısı Xorxe Luis Borxeslə (1899-1986) ondan heç də az məşhur olmayan Amerika yazıçısı və ədəbiyyatşünası Süzan Zontaqın (1933-2004) söhbəti.
Süzan Zontaq: İstərdim ki, bir çox yazıçıların yaradıcılığına göstərmiş olduğu təsir haqda nə düşündüyünü Borxes özü anlatsın. 
Hərçənd bilmirəm ki, onun özü belə bir təsirin doğrudan da olduğunu qəbul edirmi? 
Axı Borxes öz yaradıcılığı haqqında, [...]]]></description>
Əli Əkbər: “Azərbaycan seksual inqilabın astanasındadır”
- Əli Əkbər, Azərbaycanda yaşamaq və yazmaq olurmu? Əli Əkbər başqa ölkədə yaşasaydı, indikindən fərqi nə olardı?
- İstəsək də, istəməsək də Azərbaycan həm vətənimiz, həm həbsxanamızdır. Alın yazımız, taleyimizdir. Burada yaşamaq, yaratmaq çətin olsa da, yaşayıb yaratmalıyıq. 
Gedəcək qeyri yerimizmi var? Əlbəttə, getmək də, köçmək də olar. Rahat bir ölkəyə sığınanları qınamıram, əksinə çox yaxşı [...]]]></description>
Qabriel Qarsia Markes: Məhəbbət əvəzinə ölüm labüdlüyü
		<description><![CDATA[Senator Onesimo Sançes həyatının qadınına rast gələndə ölümünə altı ay on bir gün qalmışdı. 
O həmin qadını Vitse-krallığın Qızılgül Bağında, ikiüzlü Yanusa bənzər kənddə görmüşdü: gecələr bu kənd uzaqdan üzüb gələn qaçaqmalçı gəmilərə sığınacaq verən limanıydı, gündüzlər isə səhrayabənzər dənizin sahilindəki düzənliyin qütbləri bilinməyən, heç nəyə yaramayan bir guşəsi kimi görünürdü. 
Kənd dünyada hər şeydən [...]]]></description>
Şərif Ağayar: “AYO üzvü olduğum vaxtlardakı kimi ümidsiz və kədərliyəm”
Onunla söhbətimiz çox maraqlı alındı. Həmişəki kimi müxtəlif mövzularda orijinal fikirlər səsləndirdi. Qarabağ problemindən tutmuş, bədii əsərin dili, şeirin çağdaş ədəbiyyatda tutduğu yer, AYB-yə qayıtmasının səbəbləri, AYO-çularla münasibətləri və.s. mövzulara toxundu. O, indiyədək gördüyüm ən maraqlı müsahibdir deyə bilərəm. Beləliklə, müsahibimiz Milli Kitab Mükafatının finalçısı, tanınmış yazar Şərif Ağayardır.
- Şərif bəy, sizcə Qarabağdan bəhs edən [...]]]></description>
Cavid Ramazanov: Absurdistanda ədəbiyyat davası (II yazı)
Vallah, çox absurd ölkədə yaşayırıq. Bunu yüz dəfə, min dəfə, milyon dəfə deyiblər. Qoy mən də yüzbirinci, minbirinci, milyonbirinci dəfə deyim: Azərbaycan absurdlar ölkəsidir, Azərbaycan mənasızlıqlar ölkəsidir, Azərbaycan təfəkkürcə xəstə insanlar tərəfindən idarə edilən ölkədir.
Keçən həftə “Absurd cəmiyyətdə ədəbiyyat müsabiqəsi” adlı bir məqalə yazdım, bir həngamə, bir vay-şivən qopdu ki, gəl görəsən. Ömründə “A” romanından [...]]]></description>
Xuan Rulfo: LUVİNA
Xuan Rulfo (1918 – 1986) – Meksika yazıçısı. «Od içində düzəngah» (1953) adlı hekayələr toplusunun və «Pedro Paramo» (1955) romanının müəllifidir. Bu roman haqda Borxes belə yazır: ««Pedro Paramo» ispan dilli ədəbiyyatın və ümumiyyətlə, dünya ədəbiyyatının ən yaxşı romanlarındandır». Markesin «Pedro Paramo» haqdakı fikri isə daha qəti səslənir: «Bü günəcən ispan dilində yazılmış ən gözəl [...]]]></description>
Əsəd Qaraqaplan: Yeni şeirlər
QİYAMƏT GÜNÜ 
mən bilirdim dəhşətli olacağını
sənin çıxıb gedəcəyini bilirdim
ya da mənim səndən çıxıb gedəcəyimi..
içmədiyim suların üzərindən yürüdükcə
bir xurma ağacından xurma dərib yemədikcə
baxdığın göy üzündə quşlar da ötmədikcə
mən bilirdim dəhşətli olacağını.. 
mən bilirdim dəhşətli olacağını
hələ dünyaya gəlməmişdən min il
min yol il qabaq
hələ Qabil Habili öldürməmişdən
üç yüz il yaşayan qarğa
yer qazıb öldürdüyünü basdırmamışdan hələ
mən bilirdim dəhşətli olacağını.. [...]]]></description>
Seyid Ramindən bir şeir
Dua
Bu könül dözmədi eşqin belə işgəncəsinə,
Kimsə səs vermədi neyçünsə bu könlün səsinə,
“Əlim hər yandan üzüldü ümüdüm qaldı yenə,
Sənə doğru açılan əllərimin kölgəsinə.” 
Yürüyərkən yolumu sanki itirdim gəldim
Özümü mən buraya güclə yetirdim gəldim,
Hər nəyim vardısa izninlə gətirdim, gəldim,
“Sənə doğru açılan əllərimin kölgəsinə.” 
Mən sənin eşqini qəlbimlə tutub saxlamışam,
Eşqimin atəşini söndürərək ağlamışam,
Həmişə mən dar ayaqda ümüdü bağlamışam,
“Sənə [...]]]></description>
Cavid Ramazanov: Absurd cəmiyyətdə ədəbiyyat müsabiqəsi
“Plagiat roman yazmaqla yalnız Azərbaycanda qalib gəlmək olar”
Çox absurd cəmiyyətdə yaşayırıq. Azərbaycan sanki Samuel Bekkettin “absurd teatr”ıdır. Heç bir yerə aparmayan yolun kənarında, yarpaqları tökülmüş ağacın altında oturan Vladimir və Estragon kimi Qodonu gözləyirik. Qodo bizim üçün ümiddir. Bizə ədalət gətirəcək, bəlkə bizi yenidən ümidləndirəcək ümidi gözləyirik. Getmək mümkündür, çünki Qodo gəlmir, bəs biz gedəndən [...]]]></description>
Məşhur türk yazıçısından şok iddia
		<description><![CDATA[Türkiyənin ən məşhur yazıçılarından biri, “İncə Məmməd” və digər populyar romanların müəllifi Yaşar Kamal 1960-cı illərdə Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsinin casusundan “əxlaqsız təklif” aldığını və həmin təklifi rədd etdiyini bildirib.
87 yaşlı yazıçı Amerikanın nüfuzlu siyasət dərgisi “The Nation”a müsahibəsində deyib:
“CIA ajanı arkadaşım vardı. Bana ‘İşçi Partisi’nden ayrıl, kitapların ABD’de popüler olsun’ dedi. ‘Or.. ço.., beni [...]]]></description>
Rafiq Tağı: “Ardıcıl mübarizlərimizin bir qismi qonorar bülbülləridir”
- Hər necədirsə də, bu cəmiyyət bizimdir. Özünüzü bu cəmiyyətdə necə hiss edirsiniz?
- Əlbəttə, cəmiyyət bizimdir, əfsus, ondakı “cındır” adamların konsentrasiyası Avropa cəmiyyətlərindəkindən qat-qat çoxdur. Bunun kökü uzun əsrlər boyu yad mədəniyyətlərin diktəsi altında olmağımızdır. Bir vaxt bunları mən “Azərbaycan mədəniyyətində zor qalıqları” adlı essemdə araşdırmağa çalışmışam. Bəşəriyyətin tarixində manqurt şəklində iştirak etmişik. Ancaq Azərbaycan [...]]]></description>
Salam Sarvan: “Azərbaycan ədəbiyyatı məni maraqlandırmır”
Salam Sarvan: “Bizimkilər söz veriblər ki, dünyanın yaratdığı bütün gözəl dəyərlərin anasını ağladacaqlar”
Ənənəvi Azərbaycan heca şeirinə klassik əruz intonasiyası gətirmiş 90-cı illər ədəbi nəslinin ən istedadlı nümayəndələrindən biri Salam Sarvan hal hazırda Bakı Slavyan Universitetində nəşriyyat direktoru və 150 cildlik dünya ədəbiyyatı seriyasının redaktoru kimi çalışır. Onunla müsahibəni olduğu kimi sizə təqdim edirik.
- Ədəbiyyatımızın bu [...]]]></description>
Nərmin Hüseynzadədən bir şeir
		<description><![CDATA[Və bir də…
Gecənin özü səda,
Sonu sükut
Saat çıqqıldayır
əqrəblər köklənib
“do”-ya
layla çalır sükuta
Və birdən
Deyingən bir qarı,
Qarı ilə oynayan,
Yarpaqları döyən
Külək…
Və bir də
Gecənin əynindəki
Qara libasdan asılan
Bəyaz geyimli xoşbəxt
mən…
Ya da
Gecənin özü sükut
Sonu səda…
Tural Ağatlı: Şeirlər
YUXU
Aşkar bir oyaqlıq oxunur gözdən,
Əngələ çevrilib yuxum gəlməsi.
Daha da qaçırır yuxumu gözdən
İnləyən gecənin qərib nəğməsi.
Yuxumu donduran o tilsimkarın
Tutub tilsimini sındıram bu dəm.
Şirin yuxulardan kam alanları
Xoşbəxt bir varlıqlar sanıram bu dəm.
Bu gecə gözlərim yuxu görərmi,
Uyumaq harammı sayılıb mənə?
Kəsib yuxusundan yuxu verərmi
Kimsə yuxusundan ayılıb mənə?
Gecə özü bir qəbirdi qazılmış,
Dəfn edib yuxumu gözlənilmədən.
Minnət gözləyənin dərdi azıymış,
Yuxum da bir [...]]]></description>
Yusuf Hayaloğludan möhtəşəm şeirlər
Ayrılık Hediyesi 
şimdi saat sensizliğin ertesi
yıldız dolmuş gökyüzü ay-aydın
avutulmuş çocuklar çoktan sustu
bir ben kaldım tenhasında gecenin
avutulmamış bir ben… 
şimdi gözlerime ağlamayı öğrettim
ki bu yaşlar
utangaç boynunun kolyesi olsun
bu da benden sana
ayrılığın hediyesi olsun 
soytarılık etmeden güldürebilmek seni
ekmek çalmadan doyurabilmek
ve haksızlık etmeden doğan güneşe
bütün aydınlıkları içine süzebilmek gibi
mülteci isteklerim oldu ara sıra, biliyorsun..
şimdi iyi niyetlerimi
bir bir yargılayıp [...]]]></description>
Alik: İki esse
Mən necə yaşamağa başladım?
Başımın üstündə göy, ayağımın altında torpaq, içimdə arzular elə peşəkarcasına düzülmüşdü ki… İlk dəfə ayaqqabılarımı soyunub göyə tullayanda 13 yaşım vardı. Onda yerdən də, göydən də, arzularımdan da xəbərsiz idim. İstəklərim vardı: futbol ketləri, velosiped və sükut… Mehriban və sakit ailəmin olmasını istəyirdim. Bütün bunların adının arzu olduğunu bilmirdim. Əvəzində Arzu adlı [...]]]></description>
Adil Mirseyid: Alleqro Andrey Voznesenskinin xatirəsinə
		<description><![CDATA[Rəssamları şairlərdən, şairləri isə rəssamlardan daha yaxın, daha düzgün heç kim bu dünyada anlaya, duya bilməz – mən bu sözlərin gerçək olduğuna cani dildən inanıram.
Mən özümü avropalı kimi hiss etmirəm – mən şərqliyəm, şərqdən gəlirəm. Şərq isə sözdür, poeziyadır.
Qərbdə – Fransada, İtaliyada və ya İspaniyada dünyaya gəlsəydim, mən həyatımı bütünlüklə təsviri sənətə verərdim, uca Tanrım [...]]]></description>
Bəxtiyar Hidayət: AC PƏLƏYEVİN BAZARLIĞI
Səhər-səhər ola və sən də Sa-sözyurdunun bazarının ağzında rahatca marşrutdan düşmək istəyəsən bu mümkün olan bir şey deyil. Çün toyuq alverçiləri bütün marşrutların qabağını kəsir. Vay ola ki birinin əlində bir toyuq marşrutdan düşə-o saat alverçilər toyuğu qapacaqlar. Yazıq toyuq kəsilməmişdən əvvəl yolunacaq. Həmçının pendir alverçiləri də öz ovlarını gözləyirlər. Vay onda olur ki toyuq [...]]]></description>
Hikmət Carçılı: Dar ağacı
		<description><![CDATA[meydanlar dolduran vaxtın vardı sənin,
hamı tamaşana durardı sənin,
kiminin ürəyi gedərdi
bu saat əzizinin boynu həlqənin arasına keçib
sınacaq deyə,
kimi vicdanlı olmağa çalışardı
sənin qorxundan…
meydanlar dolduran vaxtın vardı,
hamı lərzəyə gələrdi adını eşidəndə,
hamı ləzzətə gedərdi meydana gedəndə
kiminsə həyatı bu gün dayanacaq deyə…
hamının ölümdən zəhləsi gedirdi…
hamının qan görmək üçün ürəyi gedirdi,
toy gecəsi gənc oğlanın keçirdiyi hisləri keçirirdi hamı…
hamı olurdu saf,
hamı olurdu [...]]]></description>
Şarl Bodler: Dedin ki, ölmərik, bəs niyə öldük?..
		<description><![CDATA[Heç sırası deyil,
Ancaq gəl,
Gəl ki,
Geri qayıda bilməzsən.
Saatın əqrəbləri
Dəryaz kimi biçir ömrümü
Bax bu da bir yersiz bənzətmə,
Gəl,
Hər şeyə,
Elə bu sallaqxana pişiyi kimi
Gözlərini qıyan
Bənzətmələrə də son qoy…
Eh…
Niyə duz istəyir göynəklərimiz,
Niyə tər içində köynəklərimiz,
Niyə qalınlaşdı eynəklərimiz,
Dedin ki, ölmərik, bəs niyə öldük?
qayidish.azeriblog.com
Günel Mövlud: “5XL” kitabından seçmələr
İntihar silsiləsi 
Yazı yazdığım vərəqlərin
üstünə düşən yarpaqları öpürəm
Ağacların qurumağında qocalıram, Səda!
Amma hələ də bilmirəm – necə unudurlar adamı?
Bilmirəm…
Üzümü cırmaqla
Saçımı dağıt!
Sən dünən sığınacaq idin
Bu gün  – xilas
Sabah
Sabah da sadəcə OLMAYACAQSAN
Mənsə hələ də bilmirəm – necə unudurlar adamı?
Bilmirəm…
sabah yenə saçlarım çirklənəcək
quruyacaq əllərimin kobud dərisi
sabah yenə dodaqlarım səyriməyə
gözlərim ağlamağa hazır
sabah yenə həyat boz,
sevgi uğursuz…
«…mənsə yazı yazdığım kağızın [...]]]></description>