February 27, 2010
MƏSUM VƏ MƏHKUM
Qar yağdığı gün güclü çovğun olmuşdu. Ağacları yerə sərmişdi. Yer buz bağlamışdı. Adamlar ehtiyyatla yeriyirdi. Çoxdan bələd olduqları yolda yıxılmaqdan qorxurdular. Yolun solunda, səkidə qaraçı qadını körpəsini bərk-bərk qucaqlayıb oturmuşdu. Yolun sağında yıxılmış ağaclar qətliam qurbanları kimi yan-yana sərilmişdi. Havada olduqca ağır səssizlik vardı… Qadınların çoxu üşüyürdü…
Yolun sonunda qapısının ağzını qar basmış zirzəmidə məsum və məhkum bir stol arxasında oturmuşdu. Məhkum qarşısındakının məsum olduğunu bilirdi və ona məhəbbətlə baxırdı… Məsum qarşısındakının məhkum olduğunu bilirdi və o da eyni baxışlarla baxırdı. Dost idilər. Məhkumla məsum arasında bir sərhəd vardı. Məhkum daim qorxurdu ki məsum sərhədi keçər. Ona çox yazığı gəlirdi. Məsum məhkumun kim olduğunu başa düşürdü. Bilirdi ki, o, fahişədir, oğrudur, əxlaqızdır. Amma onu öz tərəfinə çağırırdı. İstəyirdi məsum olsun. Zavallı bilmirdi ki, məhkumluqdan məsumluğa yol yoxdur. Məhkum bunu anlayırdı və bunu xatırladıqca gözləri yaşarırdı. Məsum məhkumun göz yaşlarını görəndə sevinir, elə bilirdi ki, onu məsumluğa gətirə bilib. Məsum məhkumu olduqca çox istəyirdi. (davamı…)
February 25, 2010
Alik:
Salam, adamlar çox vaxt qorxularından ölürlər…
Bu gün özümü planetdə yapa-yalqız hiss eləyirəm…
Sibel:
Salam, nə olub, depressiyaya düşmüsünüz?
Alik:
Əsəbiləşmişəm
Yaşaya bilmirəm e dost…
Sibel:
Su için, özünüzə gəlin
Alik:
Bayaqdan Coca Cola içirəm, təsir eləmir )
siz zarafat edirsiniz, amma təkliyin nə olduğunu bilmirsiniz.
Mən bacarıqlıyam, taxtadan uşaq düzəldə bilirəm, gitara çala bilirəm, şeir yaza bilirəm, amma yaşaya bilmirəm Sibel… (davamı…)
Salam ayrılıq
Bu sabah ümidlərimi edam elədilər.
Bu sabah göyüzündən
bir daş atdılar.
Başıma dəyib
Ayaqlarımın altına düşdü.
Daş parça-parça oldu…
İçində ölən ümidlərimin
qana bulanmış əllərini görə
Bildim təkcə…
gecə yuxuma
girən saqqalı ağ,
saçı ağ kişi
nəsə demişdi mənə.
Qaçmışdım nəfəsim kəsilənə qədər.
Səhər durub gördüm ki,
ağlamışam.
Düz üç dəfə bağırmışdım yerimin içində… (davamı…)
February 23, 2010
DÖRDÜNCÜ HAL
Rənanın gecə zəngi halı
Sevgi səni qarşındakına görə davranmağa məcbur edən bir şeydi, onun halı sənin sevginin “sərhədini” də müəyyənləşdirir…
Hələ ki, görüşdüyüm qadın Lena güclüdü; məni əldən buraxmaq istəmir, yəqin hər dəfə onunla görüşərkən öldürdüyüm şairlərin, şeirlərin, dadı damağından getmir, belə məqamlarda bir-birimizi sevməyimiz üçün bizə sevgi də lazım gəlmir, bəlkə bir neçə saata dörd şair öldürməyim onun üçün əsl sevgidi, bəlkə də sevgidən də üstündü, ama hər halda bizimki nəsə sevgiylə bağlı bir şeydi…
Son vaxtlar mənim qadına marağım ölməyə başlamışdı, yəqin səbəb də onu əldə etməyim idi… ama günü bu gecə – saat ikiyə işləyən vaxtda Rənanın mənə zəng etməsi hər şeyi dəyişdi, sağ əlim telefonda – qulağımda, sol əlimsə qıçlarımın arasından qalxan yorğanı yatızdırmağa çalışanda hər şey yenidən başladı. (davamı…)
Zal olduqca nəhəng və işıqlı idi. İçəridə iki nəfər adam olsa da, o biri zallar sakit və melanxolik ingilis aristokrat kütləsi ilə dolu idi. Bu zalda isə bir eynəkli, ucaboy bir oğlan və Cənab Holtzdan başqa heç kəs görünmürdü. Eynəkli cavan divarda sıraca 3-cü gələn “Əriyən saatlar” şəklinə tərəf bir qədər əyilmiş və gözlərini ora yaxınlaşdırıb elə zilləmişdi ki, guya o, bu saat şəklin sirrini tapıb “Found!” qışqıracaq.Lakin bu Cənab Holtzun subyektiv fikri idi. O, birdən işarə barmağını tədricən şəklə tərəf yaxınlaşdırmağa başladı; elə barmağı şəklin yarım əsrdən də çox qabaq qurumuş boyasına toxunacaqdı ki, o, birdən nədənsə fikrini dəyişib əllərini ani olaraq pencəyinin cibinə saldı və üzünü Cənab Holtza tərəf çevirdi. Cənab Holtz ağzının altında sakitcə fınxırdı. (davamı…)
February 21, 2010
Bəri başdan onu deyim ki, ədəbiyyatın “ən yeni” kateqoriyaya bölünməsi məsələsi çox ciddi redaktəyə ehtiyacı olduğu qədər də kiçicik və adi tənqidə dözmür. Çünki müasir ədəbi gəncliyin “ən yeni ədəbiyyat” kimi təqdim edilməsi qarşılığında “əllisini” aşırıb yüzə doğru gedənlərin qələm təcrübələrinin “köhnə ədəbiyyat” adlanmasına ehtiyac duyulur ki, bu da azından – ədəbi termin baxımından – qətiyyən məqbul deyil. Gərək “köhnə” yerinə daha əlverişli “klassik” sözündən istifadə edilsin ki, problem də onda başlayır: Əgər “60-cılar” klassikdilərsə, onda klassiklərimizə nə ad qoyaq?
Beləliklə, bu şərti termini “çağdaş ədəbi mühit” sözüylə əvəzləməyi təklif edib, keçək mabədə. (davamı…)
Bakıda qan donduran məhkəmə prosesi başa çatıb
Haqqında danışacağım hadisə nə uydurma, nə də yazıçı təxəyyülünün məhsulu deyil. Xarici filmlərdən gördüyümüz və ya başqa ölkələrdən eşitdiyimiz hadisənin oxşarı bu dəfə öz ölkəmizdə, öz vətəndaşımız tərəfindən törədilib. Bu cinayət hadisəsinin təfərrüatlarıyla tanış olduqda insanın tükləri biz-biz olur. Hekayə insanlıqdan çıxan bir atanın övladlarının başına gətirdiyi tükürpədici olaydan bəhs edir…
…Bu yazını yazmağa başlayanda istədim cinayəti törədən “insanın” adını olduğu kimi verim. Lakin onun üstlərinə ömürlük ləkə yaxdığı övladlarının və qohum əqrəbalarının məhkəmə vaxtı gördüyüm vəziyyəti yadıma düşdü. Məhkəmə prosesində hadisənin təfərrüatları açıqlananda onun yaxınları başlarını yerdən qaldırmırdılar. Bir də ki, övladları çox cavan idilər. Ona görə də adları şərti verməyi qərara aldıq… (davamı…)
Solğun bənizimdə yoxuydu işiq,
Hər tərəf dəli bir zülmətdə idi.
Sənsiz hər nə varsa qatmaqarişiq,
Sənsiz hər nə varsa həsrətdə idi.
Qifillar qapida toz bağlamişdi,
Cəftələr elə bil daş olmuşdular.
Baxişim tavani qucaqlamişdi
Gözlərim it kimi yorulmuşdular.
Sən uzaq gəzəndə könüldən, gözdən
Ürəklər hər şeyi boşlamişdilar.
Bir aci baxişdan, bir aci sözdən
Adamlar ölməyə başlamişdilar. (davamı…)
February 20, 2010
“Mən paralel xətlərin məmnuniyyətlə kəsişib öpüşdüyünü görürəm”
ƏVVƏLDƏ SON:
“Ədəbiyyatın olmayan dönəmdə” ədəbiyyat söhbəti elədiyim Qulu Ağsəsdən sağollaşmadan ayrıldım. İstədim ki, arzularının birini də mən gerçəkləşdirim – bircə azərbaycanlı olsun barı, bir dəfə «salam» verib «əleyk» alan daha onunla salamlaşmasın, sadəcə, oturub gözləsin ki, kim birinci öləcək – bu aralıqda milyon dəfə görüssələr də!!!
… Və SAĞ QALAN SAĞ QALMAYANA «SAĞ OL» desin: «arzuya bax, sevgilim» – hə-ə!? (davamı…)
February 19, 2010
I
İLK ŞAHİD
- Bax…indi çıxmalıdır. Artıq üçüncü gündür ki, saatı qeydə alıram…hər gün eyni vaxt 4.30, gecə yarı
- Sizin binadan çıxır, yoxsa…başqa yerdən gəlir…
- Vallah, orasını dəqiq deyə bilmərəm…O elə qəfildən peyda olur ki, haradan çıxdığını hara getdiyini güdmək olmur…Qorxumdan balkondan güdürdüm, özüm ikinci mərtəbədə qalıram…dünən mətbəxin işığını söndürdüm ki, onu rahat güdə bilim…Amma elə bil o hiss edirdi ki, onu kimsə güdür, ağzının altında bir təhər bağırtımı deyim, iniltimi deyim, qəribə səslər çıxarıb elə hey binanın mənzillərinə ümumi göz gəzdirirdi.
- Görünüşü yadındadır?
- Düzdür qaranlıq olsa da, bəzi şeyləri seçə bildim…Topuğuna qədər uzanmış boz və ya (qaranlıqda ayırd etmək olmurdu) digər açıq rəngli plaş geymişdi…olduqca nimdaş idi…Başında da,…lənət şeytana həmişə o papağın adı yadımdan çıxır…o, soyuq zonalarda xidmət edən əsgərlər qışda başları nə qoyurlar…bax ondan. Bildin də, qulaqları açılıb bağlanan.
- Hə…davam elə. Sifətini seçə bildin…
- Elə mənin dəhşətə gətirən əsas məsələ də budur…Az qala balkonda bayılacağdım. Bir təhər özümü ələ aldım
- Axı nə, ürəyimiz üzmə (davamı…)
February 16, 2010
Sözün düzü, özüm öz gözlərimlə oxumamışam, lakin ucundan-qulağından eşitmişəm ki, Liberal Partiyası “Ölkə” qəzetini məhkəməyə verir. Hal-qaziyə belədir ki, Rafael Becanovun baş yazar olduğu qəzetdə “Madam” ləqəbli KQB agenti” başlıqlı məqalə dərc olunub, ALP-nin yetənə yetib, yetməyənə də daş atan madar yetkilisi Əvəz Temirxan da bəyan edib ki, pəs, yazıda lideri Lalə Şövkətin “KQB agenti” kimi təqdim edilməsini arxasında Müsavat Partiyasının başqanı İsa Qəmbər durur. Cəmi müşahidəçilərin fikrincə, Temirxanın açıqlamasından sonra Müsavatla ALP arasındakı qarşıdurma qızışıb. Madam siyasətçilərin çənəsi qızışıb, gərək mənim də klaviaturam taqqataq taqqıldaya… (davamı…)
February 13, 2010
Azərbaycanda psixi xəstələrin sayı artır. Və ildə 5 minə yaxın yeni psixi xəstə qeydə alınır. Bunların da əksəriyyəti yeniyetmələr, gənclərdir.
Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyir ki, bu vəziyyət əsasən irsi yolla keçmə nəticəsində yaranıb. Deputatın fikrincə, bunun profilaktikası məqsədi ilə tezliklə «Ailə məcəlləsi»nə müvafiq əlavə və dəyişikliklər edilməlidir:
«Məcəlləyə komitə tərəfindən müxtəlif dəyişikliklər təklif edilib. Ancaq nikaha girən şəxslərin sağlamlıq vəziyyəti barədə tibbi arayış almaları və bir-birini məlumatlandırması məsələsinə baxılması hələ gözlənilmir».
Musa Quliyev hesab edir ki, digər dəyişikliklər gözləyə bilər, amma bu məsələyə parlamentdə tezliklə baxılmalıdır.
“Öz oxucumu istədiyim kimi formalaşdıra, yetişdirə bilmişəm”
Gənc nəslin konkret «-izm»ə mənsub olmayan, mətndən çıxış etməyi məqbul sayan nümayəndəsi Aqşin Yenisey «Ədəbiyyat söhbətləri» layihəsində müsahibliyi bir romanı, bir hekayəsi, bir şeiri toplanmış «Cənnətdə terror aksiyası» adlı üçüncü kitabıyla haqq etdi.
Bir də yaşıdlarından fərqli olaraq, mətninin məşhur olması üçün çalışan yeganə yazar olmağıyla: yaşıdları özlərini məşhurlaşdırmaq üçün yazır. Mətninin kölgəsinə sığınan Aqşinin bir fərqli cəhəti də yazdıqlarını məişətində yaşamasındadır: haçansa özü istəyibmiş ki, hər şey başına gəlsin. 32 yaşınacan hətta başına gəlmək istəməyən o qədər işləri gətirib ki! Fikirləşirsən: doğurdandamı, «Azərbaycan qadını ərinin istedadını qısqanır» fikrindən xəbərdar Aqşin Yenisey bu cəmiyyət və onun ədəbiyyatı haqqında bu qədər səmimi və içdən düşünür? Belədə adamı gərək danışdırasan. Danışdırdım. Deyəsən, inanmaq lazım olacaq… (davamı…)
February 11, 2010
Xüsusi olaraq edebiyyat.net üçün
yoxsan
o qədər dağınıq hər şey
tez-tez çayımı üstümə dağıdıram
yapışır şalvarım qıçıma
yanıram, yanıram.
əlimlə qoyduğum əşyanın yerini unuduram
şərləyirəm evdəkiləri
axırda özüm tapıram
oxuduğum kitabları
qaldığım yerdən deyil
başdan başlayıram
pişiyimə kök
dovşanıma ət verirəm (davamı…)
TRAGİKOMEDİYA
Dostum!
Gəl, gülək
gecələri evlərinin bir küncündə
kirimişcə ağlayan bığlı kişilərə,
asfalt yollara baxıb əsgər oğlunu
gözləyən gözü yaşlı analara
Dostum!
Gəl, gülək
ata-anasını itirən,
gecələrini qəbirstanlıqda
keçirən uşaqlara (davamı…)
February 9, 2010
Şair Qulu Ağsəs səsinə vurulan yaşlı qadınlardan, Şeytana uyanlardan, təvazökar olmağın ziyanından, intim duyğularından danışır.
“SƏSİ YERİNDƏ OLMAYAN” OĞLAN
…- Amma səsiniz radiofonikdir.
- Elçin Əlibəylinin sözü olmasın, mənim səsim ən radiofonik səslərdəndir. Bir əhvalat danışım.
24-25 yaşım var idi. «Letuçka»da Qara Tağızadə dedi ki, təzə bir kişi gəlib, mən istəyirəm müəyyən mətnləri o oxusun.
Mövlud məni ayağa qaldırdı. Qara küsdü. Dedi Mövlud nədi, məni dolamısan? O bir kişi var ey, Qulu Ağsəs, mən onu deyirəm. (davamı…)
Mövlud Süleymanlı: “Rəqiblərim məndən güclü ola bilməzlər”
Bir neçə gündən sonra Milli Kitab Mükafatının qısa siyahısı (10-luq) açıqlanacaq. Vaxt daraldıqca, adı siyahıda olan nasirlər bir-birlərinə qarşı müxtəlif ittihamlarla çıxış edirlər. Əsasən gənc yazarların hədəfində olan şəxslərdən biri xalq yazıçısı Mövlud Süleymanlıdır. Buna görə də onları düşündürən sualları Mövlud müəllimə ünvanlamaq qərarına gəldik:
- Adınız Milli Kitab Mükafatının uzun siyahısına, yəni, 20-liyə düşüb. Siyahıda özünüzə rəqib kimi görürsünüz?
- 20-liyə düşdüyümü sonradan bildim. Əslində mən 20-liyə düşmək üçün deyil, birinci olmaq üçün yazımı müsabiqəyə vermişəm. Siyahıda olanlar içərisində tay-tuşlarım, bəyəndiklərim, qələminə hörmət etdiklərim var. Amma təqdim etdikləri yazıları oxumamışam deyə bilmirəm kim mənə rəqib ola bilər. (davamı…)
Bir dəfə sevgilinizlə öpüşərkən, bir-birinizin burnunu tutun. Dodaqlarınızı bir-birindən ayırmadan bütün ehtirasınızla öpüşməyə davam edin.
Hava axını kəsilir, boğulmağa başlayırsız. Deyirlər ki, yüngül asfiksiya (boğulma) ehtirası artırır.
Mənimçünsə bu prosesin ən maraqlı tərəfi tam başqadır: insan öpüşün, sevgilisinin gerçək qiymətini hiss edir.
Mən nəfəsi kəsilərkən dodaqlarını dodaqlarımdan ayırmayan birinin bədənimə sıxılmış bədənimi hiss edirəm. Həmin vaxt içimdə bir ağrını hiss edirəm. Bunun adı boğulmaqdı. (davamı…)
February 7, 2010
Lent.az-ın “Cümlə axşamı” layihəsində Taleh Şahsuvarlı gənc yazıçı Aysel Əlizadəni sorğu-suala tutur
-Hara belə?
- Məzəli sualdır. Lap Mirişin salam-sağoluna oxşadı. O da harasa tələsir, hardansa gəlib, harasa gedir. Axırda məlum olur ki, elə də ciddi yerə gedib eləmir. Yaxından gəlirəm. Uzağa getmək istəyirəm. Amma uzaqlar da elə maraqlı deyil. Magellan dünya səyahətinə çıxdı. Fırlanıb əvvəlki yerinə qayıtdı. Amma bu, yeni kəşf oldu. Əsas haradan gəlib, hara getməyimiz deyil, kəşf edə bilməkdir. (davamı…)
February 6, 2010
Öyünmə, zəngin bir dövlətim vardır
Olub məmurların quldur, vətəndaş.
Hər yerdə məmurlar xalqa işləyir
Səninki nəfsinə quldur, vətəndaş.
Yarandın qazmağı qaşımaq üçün,
Məmuru belində daşımaq üçün.
Pul qazan, ver rüşvət yaşamaq üçün
Məmurun cibini doldur, vətəndaş.
İstərsən özünü dograyib uzan,
Vətəndaş, maraqli deyilsən inan
Məmurçun deyildir vətəndaş insan
Muhtəməl manatdır, puldur vətəndaş. (davamı…)
20-ci yüzilin birinci yarısında Azərbaycan ədəbiyyatı kiçik istisnaları çıxmaq şərti ilə daha çox sosrealizmin saxta qəlibləri içində yaranırdısa, 60-cı illərdən başlayaraq (“Xruşşov mülayimləşməsi” dövründə) dünyada baş verən ictimai-siyasi, mədəni dəyişiklərin, təsirilə ədəbiyyatımızda lirik-psixoloji ovqat artdı. 65-67 milyon adamın həyatına son verən 2-ci Cahan Hərbinin vurduğu ağır zərbələrdən sonra yazıçılarımızı daha çox insanın mənəvi aləmi ilə bağlı mövzular maraqlandırmağa başladı. Tarixi-sosial-mədəni dəyişikliklər yeni bir epoxanın başlanmasından xəbər verirdi…
Bu dövr Azərbaycan ədəbiyyatında insanın daxili aləmi, keçirdiyi psixoloji travmalarla bağlı mövzulara meyl gücləndi. İsa Muğannanın “Doğma və yad adamlar” romanı ilə körüklədiyi “içə qayıdış”, Anarın “Mən, sən, o və telefon”, “Dantenin yubileyi” əsərləri, Əkrəm Əylislinin “Adamlar və ağaclar” trilogiyası, Elçinin bir sıra hekayələrilə alovlandı. (davamı…)
February 4, 2010
Mən sənin oğlunam bu yer üzündə,
həsrətinlə göyə çox baxdım, Allah.
Axır ki, arzuma çatdım deyəsən,
ayağım üzüldü torpaqdan, Allah.
Daha yerlə göyün arasındayam,
çarmıxa çəkilib qalmışam daha.
Mismarlanıb ayaqlarım, əllərim,
özüm öz tabutum olmuşam daha.
Gəzir, qarışqatək gəzir canımda,
dalayır canımı bu gün işığı.
Qıyıb gözlərini baxır xanımlar,
baxır, süzür məni beldən aşağı.
Ölüm deyilən şey son yuxudursa,
əgər yatmışamsa –
yuxum ağrıyır.
Çarmıxa çəkilən quru canımdı,
bəs niyə görəsən ruhum ağrıyır?! (davamı…)
Alov idi gozlərimdəki
Od idi…odu sevirdim
səndən əvvəl
atəşpərəstdim..
Getdin…
Yanmaqdan qorxdun.
Soyuqsan, səni necə sevim?
Necə ağlayım səninçün?
Necə özləyim?
Soyuq nəyimə gərək
qış var qarşıda
Hələ nə qədər qış var…
Sən gözlərimi nəyə dəyişdin?
Nəyə?
Hansı gecəyə, hansı yağmura?
Şəhərin solgun sabahını (davamı…)
February 3, 2010
Əynində diqqət çəkici rəngdə don,
bir əlində çətir, bir əlində siqaret,
dik daban ayaqqabılar,
və böyük çantayla
özündənrazı addımlar.
+ yağış
Qadın obrazını bu auradan başqa
heç nə bu qədər gözəl izah edə bilməz..
Pinty = Gənc, Optimist, Qırmızı düşüncəlililər.
Biz pintyik. Sizi də pinty olmağa çağırırıq.

Müvəqəti narahatçılığa görə üzr istəyirik istəmirik!
Bakını həm .ikirlər, həm də .ikirlər
BOSCH-BOSCH danışmağa son!
Maa bir sponsor verin, yer kürəsini yerindən oynadım!
Spamın ağına da lənət, qarasına da!
İstəyiniz, arzularınız və şikayətləriniz üçün basgetsin@aldadiriq.biz ünvanına yazın
Sana sarı laleler aldım… maşın bazarından
Peyin qarışdıranla, beyin qırışdıranı qarışdırmaq cəhalətdi, yoxsa qəbahət?
Reklamlar bitdi. Xeyirə davam..
Dünyanı smaylik`lər xilas edəcək!! (davamı…)
Epidavrın qədim amfiteatrında gənc bir dirijor məşq edirmiş. Ətrafda qoyun otaran üç çoban orkestrın səsini eşidib qoyunları itlərin ixtiyarına buraxır və musiqiyə qulaq asmaq üçün dağdan enib amfiteatra gəlirlər.
Bir neçə dəqiqədən sonra çobanlardan biri orkestrın qabağında əl-qolunu oynadan, əyilib-düzələn saçlı-saçaqlı dirijora baxıb heyranlıqla deyir: «Bir nəfəri ki, bu cür ürəkdən oynadırlar, deməli əla musiqiçilərdir».
Azərbaycan, bəlkə də, şərqin yeganə islam ölkəsidir ki, rus arağı istehsal edir. Arağın burda hamılaşıb, el içkisi olmasında II Dünya Müharibəsinin böyük rolu olub. XX əsrdə Babəkin işini araq gördü. Fikrimizcə, bu gün neft və şərq ölkəsinin masa arxasında oturmuş hər bir oğlu ayaq üstə qalxaraq ilk «Əlli»ni Fürerin şərəfinə içməlidir, hətta sağ əli qaldırıb «Hay Hitler!!!» də qışqırmaq olar, ona görə ki, bu müharibə olmasaydı imamverdilər, allahqulular Biləcəridən o tərəfi tanımayacaqdılar. (davamı…)
February 1, 2010
Yeni ədəbiyyat saytı artıq ixtiyarınızda!