March 31, 2010
əyalət uşağı kimi doğuldum mən də
nənəmin bəslədiyi cücələri
boğub da bir-bir
günahı pişiyin üstünə atanda
iki yaşımdaydım….
……
Və bir də xristian doğulmadığıma
heyfislənirəm
içimi boşaltmağa
və bağışlanmağa ehtiyacım olur hərdən
…..
Sərhəd tanımayan fikirlərin sevdirdi səni mənə.Doğma,yaxın etdi.O qədər yaxın ki,oxşarlıq axtardım şeirlərinlə,səninlə özüm arasında… məsələn, hər ikimiz əyalət uşağı kimi doğulduq sonra gəldik “arzularımızın” şəhərinə.Ancaq anladıq ki, Bakı əslində “boğulan” arzularımızın şəhəridir. Amerikanın azadlıq rəmzi deyil…
Hər ikimiz intihara cəhd etdik. Sən yaşının ondördündə mən yeddisində.Riyaziyyatdan bir həftə ərzində aldığım üçüncü ikiyə görə. Artıq gizlədə bilməyəcəyimi düşünüb intihar etmək qərarına gəlmişdim. Səni əmin oğlu xilas etdi məni gündəliyimin “itməsi”… (davamı…)
Oğuzun atama dedikləri
Bizi bu şəhərdə anlamırlar,
Bizi bu şəhərdə sevmirlər.
Mənə gülürlər,
dandışdıqlarımı axmaqlıq hesab edirlər.
Sevmir məni sevdiklərim,
sevmir məni bu şəhər,
Dədə, söndür həyatımızın iyrənc kinosunu
Bezdim eyni kadrlara baxmaqdan
Gözümə düşür yalanlar, çirkablar
Söndür, dədə, kinonu
Bizi heç vaxt anlamayacaqlar
Bilməyəcəklər ki, oğlun vətəni (davamı…)
March 30, 2010
Mən qurmaqdan yoruldum
Sən də xəyal qur biraz.
Ay sözündə durmayan
Gəl yanımda dur biraz.
Nə boyda yer tuturdum?
Gözündən saldın məni.
Gözündən düşən olsa
Gözünə qaldır məni.
Bircə mənə yer yoxdu
Ürəyinin başında.
Yol ver içəri girim
Deyim ki, sıxlaşın da..
March 26, 2010
…sən cəmiyyətin sonuncu olmayan Mariya Maqdalenası
Doğulacaq gözəl körpənin anası
Allah xətrinə, dur get evinə
S.Babullaoğlu
Ümumiyyətlə, şeirin təhlil edilməsinin tərəfdarı deyiləm, hesab edirəm ki, şeir müəllifin (insanın) mənəvi durumunun əksidir, buna görə də həmişə, hər bir insanın “ mənəvi durumuna” ehtiyatla və hörmətlə yanaşıram, söhbət şairin mənəvi durumundan gedirsə, daha da ehtiyatlı oluram. Bu yazı ilə isə şeir müzakirə etmək fikrində deyiləm, sadəcə bir şeiri oxuyandan sonra, məndə yaranan ruhlanmanı və təəssüratları, bacardığım qədər sizinlə bölüşməyə çalışacağam. Söhbət Səlim Babullaoğlunun “ Gecə Barında” adlı şeirindən gedir. (davamı…)
March 23, 2010
barış
bu qərblə barışmaq ağ bayraqlardan deyil,
ağ göyərçinlərdən başlamalı,
ağ göyərçinlərdən…
öncə meşələrimiz barışmalı,
ağaclarımız dost olmalı,
səmada quşlarımız əl sıxmalı,
öpüşməli,
çaylarımız qovuşmalı,
havamız qarışmalı, havamız…
silinsin keçmiş qoxuyan yaddaşımız,
çiçəklərə dönsün sərhəddəki dirəklər, (davamı…)
( DETEKTİV- MÜSAHİBƏ )
Hər tərəfi taxtalarla döşənmiş kafedə oturmuş halda, bura nə qədər ağac sərf olunduğunu hesablamaqla kifayətlənməyib, dolub-boşalan çay stəkanlarının arasından aradabir qorxu filmlərinin mənfi qəhrəmanı kimi görünən ofisianta fikir verməməyə çalışaraq, metro relslərinin arasına atdığı qarmaqla balıq tutacağına inanan adamın lətifə-nağılını danışdığımız anda başa düşdüm ki, elə bu dəqiqələrdə Jurnalistika kimi böyük bir atanın Müsahibə adlanan oğlu ölür.
Amma, vallah da, billah da, hər şeyin necə bu nöqtəyə gəldiyindən bizim xəbərimiz belə olmadı. Mən soruşdum ki, şairin estetik idealı nə ola bilər, necə ola bilər və belə bir şey varmı və yaxud niyə yoxdu? (davamı…)
March 22, 2010
Tanınmış yazar Taleh Şahsuvarlı Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Bu barədə Müstəqil İnformasiya Agentliyinə daxil olan məlumatı yazıçı özü də təsdiq edib. “Hələ ötən ilin ikinci yarısında AYB-yə üzv olmaq üçün müraciət etmişdim. Bu ilin əvəllərində isə Yazıçılar Birliyi müraciətimə baxmış və müsbət qərar qəbul etmişdi. Təxminən bir həftə əvvəl Azərbaycan Yazıçılar Birliyində yeni qəbul olunan üzvlərə vəsiqə verilməsi üçün xüsusi törən keçirilib. Orada bir çox gənc və istedadlı qələm sahiblərinə Anar müəllimin imzası ilə AYB-nin üzvlük vəsiqəsi verilib. Mən Avropa Birliyinin və Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun dəstəklədiyi beynəlxalq tədbirdə iştirak üçün Ukraynada uzunmüddətli səfərdə olduğumdan əfsuslar olsun ki, həmin tədbirə qatıla bilmədim. Amma bayram tətilindən dərhal sonra AYB-yə gedib həm vəsiqəmi götürəcəm, həm də sədrimiz Anar müəllimi ziyarət edərək ona öz təşəkkürümü bildirəcəm”. (davamı…)
Sosial İnformasiya Agentliyinin suallarını istedadlı şairə Cavidan cavablandırır – Bəlkə öncə “Cavidan” təxəlüsü barədə danışaq? Bu şərq şairlərinin təxəllüslə tanınmaq ənənəsinin davamıdır, yoxsa gizlənmək ehtiyacı? – Mən indi deyə bilərəm ki, hələ orta məktəbdə oxuyarkən o vaxt məhşur olan və əldən-ələ keçən “Dodaqdan qəlbə” romanındakı qadın qəhrəmanlardan birinin adının belə olması çəkmişdi diqqətimi. Bizim məhz kişi adı kimi tanıdığımız bu adın Türkiyədə qadın adı kimi qəbul edilməsi xoşuma gəlmişdi yaman…və olsun ki, yeniyetməlikdən bu yana yaddaşımın xoş ovqatlar yığılmış odasında qalıbmış hansısa unutduğum bir dolabda…Daha sonra içimdəki dəli dərviş ruhuna bağlayardım bəlkə..Nəsimi ruhuna sevgimə, hürufiliyə marağıma, daxilimdəki ikinci MƏNin məhz sufi olmasına bəlkə kökləyərdim. Hələ ilk gənclik illərimdən bu günümə süzülən zəifləsə belə sönməyən, öləziməyən nur payına… Daha sonra övladım olacaqsa, adı belə olacaq deyə inanırdım. Sanki sirli bir sükutla yanımca hər addımımda müşaiyət etdi bu ad məni, hər bir vasitə lə həyatıma girmək istədi deyərdim… (davamı…)
Vəba xəstəsinin son günlərindən
Yetim və bədgüman bir öskürəklə təhlükəliykən,
həkim xalatlarını bayraq edib təslim olmuşkən həyata
hərarətim qırxıncı otağa çatmışkən
az qalmışkən üç almanın düşməyinə
yanıma gəlməyin dərd keçər sizə…
Vaxtın getməyindən zəhləmin getdiyi vaxt
kimsə saat unudub otağımın divarında ???
Kimin vaxtı varsa gəlib götürsün
bu raket sürətli vaxtı divardan. (davamı…)
March 17, 2010
Adamlar yollara sıxılıb qalıb,
Yollar sərilibdi yer kürrəsinə…
Tanrı göy üzünə ağ xalça salıb,
Ağlayır asfaltın hər zərrəsinə…
Ağaclar parklara yığılıb burda,
Göydə nə şair var doğulub burda,
Cazibə qüvvəsi yox olub burda,
Burda hər kəs dönür öz dövrəsinə…
Şəhərdə işıq var, işıqda div var,
Harda div yaşayır, orda bir ev var,
O evin içində bir tənha zəvvar
hər sabah ağlayır azan səsinə…
Adamlar yollara sıxılıb qalıb,
Yollar sərilibdi yer kürrəsinə…
March 9, 2010
…martın 8-nə hələ on saatdan çox qalmışdı. O neçə saatdır “nə yaxşı ki, ayın 7-si buraxıldım, yoxsa bu il də Sevdaya hədiyyə ala bilməyəcəkdim” – deyib, ürəyində sevinirdi. Hədiyyə almışdı… Elə həmin hədiyyədən idi, 6 il – hər günü bir ilə bərabər olan 6 il əvvəl aldığı hədiyyədən. İndi aldığı gəlincik də 6 il əvvəlki boyda, həmin rəngdəydi, bəlkə də eynən həmin gəlincikdən idi. Ancaq deyəsən özü həmin adam deyildi… (davamı…)
March 6, 2010
Nurlana üçün
Sərxoş olub ağlayanda xoşbəxt oluram,
ağlayanda.
Xoşbəxt görünən adamlar bədbəxt adamlardı:
sənin kimi,
mənim kimi,
onun kimi…
Ağaclar yarpaqlarından,
kişilər papaqlarından…
Nəsə baş verir, nəsə…
Ölənə kimi səbr elə, döz,onu deyə bilmirik,
Bax həqiqət odur ki, o- biz onu deyə bilmirik.
Nə deyirsən de, yaddaşım daş yaddaşıdı.
Bu ölkədə ya susub yaşamalı,
ya danışıb getməlisən, getməli… (davamı…)
( Xocalı soyqırımı ilə əlaqədar Odlar Yurdu universitetində edilmiş çıxış )
Gərək əvvəl o beş hərfli sözü təkrarlayım : SALAM.
Salam xanımlar, cənablar, qonaqlar, qonaq olmayanlar, dostlar, dost olmayanlar. Gərək biləsiniz ki, mən müharibələr qədər xatirə tədbirlərini də sevmirəm. Özümü bax elə indi bu dəqiqə burda-bu kürsüdə ən maraqsız, ən yalançı adam hesab edirəm. Mənim bu ütülü duruşum, eynəkli baxışım, stixiyalı səs tonum dəmir sözünün D hərfiylə yazıldığını bilmədən, bədəninə dəmir mərmiləri buraxan bir körpə cəsədinin yanında nə qədər gülməlidi.
Mən hər 26 fevralda televizorda keçən ildən qalma kadrlara baxanda uzun bir təəssüflə bir sualı həmişə özümə təkrarlayıram : torpaqların 20 faizinimi itirmək faciədi, yoxsa hər il donmuş bir kadrlarda qəmli-qəmli bir körpənin cəsədinə baxmaqmı ? Mən bunu bilmirəm. Nəzərə alsaq ki, vətən bütün şərtiliklərin ən böyüyü və ən gözəlidi,onda şərtilikdən daha çox onun içindəkiləri itirmək daha dəhşətlidir. Nə qədər ki, biz çətirsiz gəzməkdə romantika görürük, Xocalıda, güllə yağışında islanan uşaqlar heç vaxt böyüməyəcək. (davamı…)
March 1, 2010
..gecələr daha uzundu yoxluğundan
həzin bir nəğmədimi qaranlığın çöküşü
varlığın deyil ama yoxluğunun gedişi
sən yoxluğunda varsan
mən varlığında yoxam
küçələr gəlib dirənir otağımın divarına
isti əllər divarıma toxunur
ayılıram divarımdan
arxamda qapılar var
səni qoyub gəlib keçdiyim
içinə çəkildiyim bir hücrədi otağım
insanlardan qurtuluş yox yoxluğunda
varlığımda insan belə olammadım (davamı…)
seyid012@box.az
Hamı məndən səni soruşur. Heç kim sənin harada olduğunu bilmir. Dostlarım daha az ağladığıma görə yaman narahat olublar. Bunun səbəbi olaraq sənin yoxluğunu göstərirlər. Onlar məndən sənin harada olduğunu soruşanda kədərli-kədərli baxıram gözlərinin içinə. Və daha sonra dözə bilməyib səssiz-səssiz ağlayıram. Onlar ağladığımı anlamırlar. Çünki səssiz ağlayıram. Bu dünyada səssiz ağlayanların gözlərini silmirlər, səssiz ölənləri isə dəfn etmirlər. Mən insanlara bəyaz yalanlar söyləyirəm, onlar da inanırlar. Qar yağdığına görə yalan söylədiyimi anlamırlar. Bir az təsəlli verirlər mənə. Deyirlər ki, qorxma, hər şey yaxşı olacaq. (Niyə hər şey yaxşı olmalıdır ki!) Mən də gülümsəyirəm ağrılı bir şəkildə. Onlar bunu da anlamırlar. Çünki insanlar dünya deyilən yaranın ağrılarıdırlar… İnanmayacaqsan bəlkə də sənin öldüyünü düşünənlər də var. Amma mən indi hiss edirəm. Sən yaşayırsan hər hüceyrəmdə. Hər yeni söz yazdıqca uşaq kimi sevinirəm və bağırmaq istəyirəm: Yox o ölməyib, yaşayır, yaşayır!!! Mən yazıram, mən yaza bilirəm… (davamı…)