April 28, 2010
Əziz sayt izləyiciləri, bu gündən etibarən saytın idarə olunması AYXANA həvalə olunur. Zəhmət olmasa, yazılarınızı bu ünvana göndərin: ayxan_177@mail.ru Dərc olunmayan yazılara görə müəlliflərə heç bir izahat verilmir.
Yazılarınızı gözləyirik!
April 5, 2010
Vodafonun reklamı qurtaran kimi Zaur yerindən dik atılıb bağırdı.
“Tapdım, Tatuş. Tapdım”
“Nəyi tapdın?”
Qucaqladı. Dodaqlarımdan öpdü.
“Bəsdir. Meri evdədir” dedim.
“Tatuş, tapdım. Sabahkı çıxışımı. Layihənin ideyasını tapdım.”
Güldüm. Sevinirdim. Zaur xoşbəxt idi.
“Gəl, yeməyini ye” dedim.
“Axır ki, bütün dünyada sözümü deyəcəm… Hamı “Qarabağ” haqqında hər şeyi biləcək… Dünyaya isbat edəcəyəm ki, Azərbaycan ən mükəmməlinə layiqdir.”
Dolmaları çəngəlin dişlərinə keçirib çörəksiz yeyirdi. İştahla… Sanki, uğrunda ölümə getməyə hazır olduğu Qarabağı indicə almışdı. Elə bil ki, dəfnə yarpaqlarından tacı başının üstünə qoyub zirvəsinə kimi ağac olan əfsənəvi Qarabağ dağlarında oturmuşdu. Sevinirdi. Mənsə qorxmağa başlayırdım. Qarşısında bu qədər böyük məqsədi olan Zauru yolundan geri döndərəcək kəpənəklər… Elə kəpənək ki, onlar qiyaməti xəbər verəcəklər. Zaur Məryəmi buna görə heç vaxt bağışlamaz…
“Meri yoxdur?” (davamı…)
Gənc yazar Zərdüşt Şəfizadə Sosial İnformasiya Agentliyi əməkdaşının suallarını cavablandırıb.
- Tay-tuşların Facebookda şəkil paylaşır, qız “tutur”, Sən şeir, hekayə yayırsan. Barı oxuyan olur?
- Şərhlərə baxmısansa görərsiniz ki, hardasa 15-20 nəfərə yaxın var. Tay- tuşlarıma gəldikdə isə, çox şey demək olar. Məsələn bəziləri hardasa döyüşürlər, bəziləri hardasa şəhid olurlar… Bəziləri də hardasa yaşayır- məsələn, sənin dediyin kimi, metroda qızlarla blutuzlaşır, məruzələrdən qaçır, mənasız inqilablar axtarırlar və s… Hər kəsin öz həyatı və həyat tərzi var. Kamyu belə hesab edirdi ki, həyatda hər kəs öz mövqeyinə görə öz yerindədi, yəni öz missiyasındadı və heç kim artıq deyil. Heç kim artıq bir işlə məşğul deyil, yəni hər kəs olduğu mövqe üçün “seçilmiş”dir.
- Adətən, istedadlı gənclərdən söz düşəndə, Rəşad Məcid Qismətlə, Cavidlə yanaşı Sənin də adını çəkir. Nədir istedad? (davamı…)