II Qismət: Üzü işığa (Facebook qeydlərindən)
Solğun bənizimdə yoxuydu işiq,
Hər tərəf dəli bir zülmətdə idi.
Sənsiz hər nə varsa qatmaqarişiq,
Sənsiz hər nə varsa həsrətdə idi.
Qifillar qapida toz bağlamişdi,
Cəftələr elə bil daş olmuşdular.
Baxişim tavani qucaqlamişdi
Gözlərim it kimi yorulmuşdular.
Sən uzaq gəzəndə könüldən, gözdən
Ürəklər hər şeyi boşlamişdilar.
Bir aci baxişdan, bir aci sözdən
Adamlar ölməyə başlamişdilar.
Gecə istəmirdim səhər açilsin,
Ölmək istəyirdim yatdiğim yerdə.
Deyirdim cəsədim qoy basdirilsin,
Hər səhər zibili atdiğim yerdə.
Təkliklə yüklənmiş, dərdlə yüklənmiş
Hər şeyi bitirmiş bir adamiydim.
Saçlari uzanmiş, üzü tüklənmiş
Səsini itirmiş bir adam iydim.
Ölü siqaretlər , dolmuş külqabi…
Qəzaya uğramiş ev telefonu…
Ömür sualinin buymuş cavabi,
Dünyanin sonuymuş ümidin sonu…
Ömür dedikləri bu labirinti,
Çətindir ümidsiz dolanmaq diri.
Yorğun gözlərimə həyat gətirdin,
Ey ümid ! Sağ ol ki ,qayitdin geri…








Olduqca maraqli seirdi
Ölü siqaretlər , dolmuş külqabi…
Qəzaya uğramiş ev telefonu…
Ömür sualinin buymuş cavabi,
Dünyanin sonuymuş ümidin sonu…
xususile de bu bend. Yorulmayasan,Qismet
yaxşıdı
Dünyanin sonuymuş ümidin sonu…Bu misra lap yerinə düşmüşdü…Uğur olsun…
Gecə istəmirdim səhər açilsin,
Ölmək istəyirdim yatdiğim yerdə.
Deyirdim cəsədim qoy basdirilsin,
Hər səhər zibili atdiğim yerdə.
Gözəl şeir idi, hər zaman olduğu kimi. Qismət, sənə uğurlar!
chox maraqlidir. teshekkurler
Qəzaya uğramiş ev telefonu…
bunu nece de gozel demisen…
Sozun asil manasinda Qismat muallim gozlariniz bazan cox yorgun olurdu. Gozlarinizin tam darinliklarinda bir umid gorurdum kecan il bu vaxtlar.Cox duzgun qeyd etmisiz bu hayatda umidsiz yasamag mumkun deyil… Umidsiz qalb kor kimi yasayir bu hayatda! Bu kor hisslari bir zaman manda yasamisdim! Serinizin bela umid verici bitmasi manida cox sevindirdi… Minnatdaram.
Qismet tarixe dusecek sairdir… Cox gozeldir seirleriniz…