Anar Yusifoğlu: Ədəbi gəncliyin publisistika problemi
Bəri başdan onu deyim ki, ədəbiyyatın “ən yeni” kateqoriyaya bölünməsi məsələsi çox ciddi redaktəyə ehtiyacı olduğu qədər də kiçicik və adi tənqidə dözmür. Çünki müasir ədəbi gəncliyin “ən yeni ədəbiyyat” kimi təqdim edilməsi qarşılığında “əllisini” aşırıb yüzə doğru gedənlərin qələm təcrübələrinin “köhnə ədəbiyyat” adlanmasına ehtiyac duyulur ki, bu da azından – ədəbi termin baxımından – qətiyyən məqbul deyil. Gərək “köhnə” yerinə daha əlverişli “klassik” sözündən istifadə edilsin ki, problem də onda başlayır: Əgər “60-cılar” klassikdilərsə, onda klassiklərimizə nə ad qoyaq?
Beləliklə, bu şərti termini “çağdaş ədəbi mühit” sözüylə əvəzləməyi təklif edib, keçək mabədə.
***
Həm Milli Kitab Mükafatının keçirilməsi, həm də yalnız (!) deyilişinə etiraz etdiyim “ən yeni ədəbiyyat” adı altında kitabların buraxılması, müxtəlif formalarda təbliğatının aparılması məhz intizarında olduğumuz müasir ədəbi prosesin yaranması və dövrün tələblərinə uyğunlaşması istiqamətində uğurlu addımlardır. İstər publisistikada, istərsə də ədəbiyyatda olan gəncliyin bu prosesləri dəstəkləməsinin özü bir daha təsdiqləyir ki, faktı “ictimai sifariş” saymaq lazımdır. Düzdü, ədəbi gəncliyin formalaşdırılması və istedadların üzə çıxarılması yönündə görülən bu işlərin içindən bəzən qos-qoca tanınmış simaların boylanması kimi natamamlıq kompleksləri özünü göstərsə də, total ədəbi qınaqların hədəfində bu gənclik şıltaqlığını yaşayan “qocaların” artıq çoxdan istefada olduqları ortaya çıxır. İtirdiyi sözünü ədəbi gəncliyin sıralarında axtarmaq istəyən şəxslərin bu tünlükdə özünü də itirməsi və ədəbi baxımdan “qəbirsiz-kəfənsiz” intiharı isə növbəti belə əndirəbadilikləri yaşamayacağımız anlamına gələ bilər.
***
Bu proyektlərin davam edəcəyi təqdirdə 90-cı illərdən bəri gözlənilən, amma gəlməyən və gəlməməyi ilə bütövlükdə oxucu itkisinin acısını yaşayan ədəbiyyatın canlanacağı, ədəbi nəslin yetişəcəyi ehtimalı güclənir. Ortada bir sistem varsa, təmənnasız çap, yazıya verilən dəyər varsa, oxucu auditoriyası dağınıq və başıpozuq məhsulların nizamını görəcəksə, bu, gec-tez bütün ədəbi istiqamətlərdə öz bəhrəsini verəcək. Əlbəttə, məhz tənqid də, təqdimat da yaranacaq və tənqidin olmamasını illərlə tənqid edən publisistika da aradan qalxacaq.
Axır ki, gəlib çıxdıq publisistikaya…
***
90-cı illərdə ədəbi mühitin olmaması və cəmiyyətdəki xaotikliyin ədəbiyyatçılara da sirayət etməsi nəticəsində istedadlı gənclərin publisistikaya axışması prosesi nə qədər naqolaylıq yaradırdısa, indi əks prosesi müşahidə etmək o qədər xoş! Diqqət etmisinizsə, indi özlərindən əvvəlki nəsli inkar etmək və onları “yıxıb-sürümək” epidemiyası sona çatmaqdadır. Filosofların təbirincə desək, “inkarın inkarı” (bizdə arzuolunmaz səviyyədə və uzun çəksə belə) mərhələsi geridə qalıb, artıq sünbülün tumurcuqlaması başlayır. Hətta Taleh Şahsuvarlı kimi hər sözdən qıcıqlanan və qaşınmayan yerdən qan çıxarmağı xoşlayan qabiliyyətli gənclik də uduzmasına rəğmən prosesləri dəstəkləyirsə, deməli, zəminin biçilməsinə hazırlaşmağa dəyər.
Amma…
***
Çatışmayan bilirsinizmi nədir?
“Qara publisistika”dan ədəbiyyata doğru qayıtmağa başlayan istedadlı gənclərin publisistikanı özləri ilə bərabər ədəbiyyata daşımaq istəyi nəsr əsərlərində apaydın görünür. Aqşinin timsalında yeni nəsr jurnalistikadan kənar obrazı da – məsələn, Leş Əli tipində – mütləq gətirib qəzetçiliyə çıxardır. Sanki bu istedadlı gəncliyin bütün dünyagörüş və dünyaduyumları, ədəbi obraz təsəvvürləri yaşamağa məhkum olduqları real gerçəklikdən o tərəfə keçmir. Ədəbi fantaziyalarmı çatmır, obrazlaşdırmadamı çətinlik çəkirlər, ya ədəbiyyat təsəvvürlərimi fərqlidir?..
Bu suallara birmənalı cavab vermək olmasa da, görünür, ədəbiyyatla jurnalistikanın sərhədlərini müəyyənləşdirməyin zamanı çatıb..








Jurnalistikanin tek edebiyyatla yox, cox meselelerle serhedleri mueyyenleshmelidi
ve “jurnalistler”le jurnalitlerin serhedleri mueyyenleshmelidi
“edebiyyatci”larla edebiyyatcilarin serhedler
tenqidcilerin…. publisistlerin… memurlarin…
vetendahlar, qardashlar hamimiz Dede Qorqud kimi meslehetler vermeyek – Anar sen ozun hansi bir edebi eserle bizi sevindirmisen ki, indi camaata meslehet verirsen?
Salam, xahiş edirəm, mümkünsə, fonun rəngini dəyişərdiz.Adamın gözləri yorulur,oxumaq olmur.
Təşəkkür edirəm.
Alik, saiti daha da maraqlı etdin, təşəkürlər
Thank you, this is exactly what I was looking for!