Alternativa blogundan qarafrazalar
Müvəqəti narahatçılığa görə üzr istəyirik istəmirik!
Bakını həm .ikirlər, həm də .ikirlər
BOSCH-BOSCH danışmağa son!
Maa bir sponsor verin, yer kürəsini yerindən oynadım!
Spamın ağına da lənət, qarasına da!
İstəyiniz, arzularınız və şikayətləriniz üçün basgetsin@aldadiriq.biz ünvanına yazın
Sana sarı laleler aldım… maşın bazarından
Peyin qarışdıranla, beyin qırışdıranı qarışdırmaq cəhalətdi, yoxsa qəbahət?
Reklamlar bitdi. Xeyirə davam..
Dünyanı smaylik`lər xilas edəcək!!
Azərbaycanda görünməmiş hadisə baş vermişdir və bunu heç kim görməmişdir.
Sevgiyə qarşı nifrət!!!
Fillərin savaşmasından ən çox əziyyət çəkən qarışqalar olur.
İgid odur, atdan düşə atlana, yoxsa atdan düşə HUMMER minə???
Sən saydığını say, gör adminlər nə sayır!
Haydı, dəlilərim haydı! (Koroğlunun Maştağa səfərindən)
Görməmişin bir oğlu oldu dartı.. homoseksualist elədi. Bizdə də görməmiş, bir deyil, iki deyil.
Eskalatordan düşəndə şıllaq atmağı unutmayın!
Desktopundakı şəkli göstər, deyim hansı yuvanın quşusan!
İki qarafrazlıq yer kirayə verilir.
O qədər ümid verən gənc var, sonra da müasir gənclərə simic deyirlər.
Apardı sellər Saranı… cangüdən tutmayan da, aparar də.
Küləyə qarşı tüpürmə. Külək insan deyil ki, cavab verməyə.
Xalqlar müxtəlif olur. Məsələn: Biz yola verən xalqıq.
Xaşdan-xaşa, başdan-başa fərq var!
Dove sabun deyil, göyərçindi.
Xalq NƏSƏ deyir…
Pişiyin əli @ə çatmayanda, deyir offline-dı.
Bir dəli şeytan deyir-Götür beynini, qaç buralardan.
Oğlum olsa, adını Apdeyt, qızım olsa, Kansel qoyajam.
Dünya bizim yurdumuz!!! (Soxulcan)
Qrip paylaşdıqca gözəldir!







