Ədəbiyyat.Net - Fərqli ədəbiyyatın ünvanı

Poeziya

February 25, 2010

Orxan Zamandan yeni şeirlər

Salam ayrılıq

Bu sabah ümidlərimi edam elədilər.
Bu sabah göyüzündən
bir daş atdılar.
Başıma dəyib
Ayaqlarımın altına düşdü.
Daş parça-parça oldu…
İçində ölən ümidlərimin
qana bulanmış əllərini görə
Bildim təkcə…
gecə yuxuma
girən saqqalı ağ,
saçı ağ kişi
nəsə demişdi mənə.
Qaçmışdım nəfəsim kəsilənə qədər.
Səhər durub gördüm ki,
ağlamışam.
Düz üç dəfə bağırmışdım yerimin içində…
“getmə,getmə,getmə…” deyə.
Uşaq kimi küsmüşdüm hər şeyə
Qaçıb bir küçənin
tinində ağlamışdım səssiz-səssiz…
Deyəsən,
Ayrılıq qatarı gəlir…

Deyəsən,sabah açılır…

Qollarından asdılar
sevinclərini,
hüzüntülərini yandırdılar
ümidləriyçün qalanmış ocaqda…
Gecə yuxusunda başını ayırmışdılar
bədənindən…
qanı torpağa düşmüşdü.
Ümid bitmişdi torpaqda.
Barmağına üzük taxmışdı kimsə.
Bir də kimsə məzar qazmışdı
Ümidli sabahlarının qaranlıq gecələrinə…
Yuxusu uzun çəkmədi.
Artıq günəş doğulur,
Deyəsən,sabah açılır.

Nəsə ümid var…

Atadan yetim,
Anası fahişə
körpənin gözlərində açılan səhərdə,
Nəfəsi soyuq,
Divarları acından quruyan
Bir evin damında
Yuva salan sərçənin dırnaqlarında,
Kədəri içində,
Ürəyi parça-parça
Dilənçi qadının
Əlində bərk-bərk sıxıb saxladığı
Qəpik-quruşda,
Bir də mənə dediyin: “Səni sevirəm”
sözündə,
nəsə ümid var,var…

  1. Orxan, deyəsən, tənqid öz işini görür. Səndə irəliləyiş var, özü də müsbət istiqamətə doğru. Xüsusən, “Salam, Ayrılıq” şeirinin üstündən yazılarına yanaşsan inanıram ondan da uğurlu şeirlər yarada bilərsən. Təki bu yoldan geri dönməyəsə. Artıq sənin zəif bir şeirini görmək istəmirəm. Yoxsa özündən küs.

    Comment by Ayxan Kiçikbəy — February 25, 2010 @ 1:50 pm
  2. Ayxan,tənqidi sevmək və ondan nəticə çıxarmaq lazımdır.Sağol ki,məni müsbət istiqamətə yönəltmisən.Sənə də yeni-yeni yaradıcılıq uğurları…

    Comment by Orxan ZAMAN — February 25, 2010 @ 4:50 pm
  3. Orxan hər şey daha da yaxşı olacaq…

    Comment by Soso — February 26, 2010 @ 2:25 pm
  4. Soso,təşəkkür eliyirəm.

    Comment by Orxan ZAMAN — February 26, 2010 @ 5:21 pm
  5. Birinci ve ikinci seir demek olar ki eyni cur baslayir – “Bu sabah ümidlərimi edam elədilər”, “Qollarından asdılar
    sevinclərini”.. Ikinci seirin adi da qeribedir, deyesen seher acilir.. Sabah Azerbaycan turkcesinde ferqli anlam dasiyir. Ucuncu seire baxanda demek olar ki, nese umid var. Amma qardas incime men senin seirlerinde turk mahnilarinin sozlerini (gormurem) hiss edirem.
    Ugurlar…

    Comment by SHAHin — February 26, 2010 @ 8:37 pm
  6. Hansı türk mahnılarının sözlərini hiss edirsən ki?

    Comment by Orxan ZAMAN — February 27, 2010 @ 4:16 pm
  7. Maragli serdi. Bu sabah umudlarimi edam etdilar fikiri olduqca maraqli idi! Goy uzundan dusan das umidlarin qayci ila qirilmasi demakdir. Iahi varlig o gundan saxlasin… Man bu hayatda yasayib yananlardanam! sozlar mana cox dogmadir…

    Comment by ISMAYIOVA NIGAR. — March 8, 2010 @ 6:06 pm

Şərh yaz

RSS feed for comments on this post. TrackBack URL