Ədəbiyyat.Net - Fərqli ədəbiyyatın ünvanı

Alternativa

February 25, 2010

Facebookda uzaq bir tanışla söhbət…

Alik:
Salam, adamlar çox vaxt qorxularından ölürlər…
Bu gün özümü planetdə yapa-yalqız hiss eləyirəm…

Sibel:
Salam, nə olub, depressiyaya düşmüsünüz?

Alik:
Əsəbiləşmişəm
Yaşaya bilmirəm e dost…

Sibel:
Su için, özünüzə gəlin

Alik:
Bayaqdan Coca Cola içirəm, təsir eləmir )
siz zarafat edirsiniz, amma təkliyin nə olduğunu bilmirsiniz.
Mən bacarıqlıyam, taxtadan uşaq düzəldə bilirəm, gitara çala bilirəm, şeir yaza bilirəm, amma yaşaya bilmirəm Sibel…

Sibel:
Necə kömək edə bilərəm sizə?

Alik:
Biz dost ola bilərik.. ))

Sibel:
Əlbəttə
Mən sizə hər zaman dəstək olmağa hazıram.

Bağışlayın, paralel olaraq elmi iş yazıram, ona görə gec cavab yazdım.

Alik:
Mən elə indi sizə şeir yazıram.
Elmi iş nəyə lazımdı?

Sibel:
Universitetə

Alik:
Bilirəm, amma nəyə lazımdı

Sibel:
Mənim elmi karyeram da var ,ona görə məcburam.

Alik:
Sizi başa düşürəm
şeiri sevirsiniz?
Mən gitaranı sevirəm..

Sibel:
Mən ədəbiyyatçıyam.
əlbəttə sevirəm şeiri

Alik:
Mən getməyi sevirəm…
Mən gedirəm.

Sibel:
Oldu
Mən də indi gedəcəm

Alik:
siz yaxşı adamsınız.
Mən hiss eləyirəm.
Mən həmişə hiss eləyirəm
Həmişə yaxşı olun..
Adamlar yaxşı olanda hər şey yaxşı olur..
Ətraf mühit təmiz qalır..

Sibel:
Çox sağ olun yaxşı sözlərə görə

Alik:
Üzr istəyirəm, mən sizə yaxşı sözlər demək istəmirdim, mən sadəcə demək istəyirdim

Sibel:
Sizinlə danışmaq istərdim yenə
sizin psixoloji dəstəyə ehtiyacınız var.

Alik:
ay sağol :-)

  1. Alik,təklik ağır dərddi.Bəzən insanların əhatəsində də özünü tənha hiss eləyirsən.Şeirlərimi saytda yerləşdirdiyin üçün təşəkkürlər…

    Comment by Orxan ZAMAN — February 25, 2010 @ 4:56 pm
  2. PSIXOLOQLARA INANMA!

    bu arada websiteniz guzel olmush

    Comment by ZAQA — February 26, 2010 @ 8:57 am
  3. ALIK, GOZEL…

    Comment by QARAQAPLAN — February 26, 2010 @ 10:28 am
  4. Darıxma, Əli. Düzələr.

    Comment by Ayxan Kiçikbəy — February 26, 2010 @ 1:37 pm
  5. bir o gədər də maraqlı deyildi, istəyinə cavab verilməyib…

    Comment by Soso — February 26, 2010 @ 2:08 pm
  6. Alik, bəlkə Eqzyuperin ” Balaca Şahzədə” sini bir daha oxuyasan…

    Comment by Rəşad — February 26, 2010 @ 3:13 pm
  7. Alik, urəyində nə hisslər var, bilmirəm, amma yazindan pessimistliyin hiss olunur. Həyat hər halıyla yaşamağa dəyər. Optimist ol və hər işdə bir xeyir axtar, hətta şərdə də. İnan mənə, tapacaqsan. Əgər urəkdən istəsən.

    P.S.Ərk edib məsləhət sayagi bir sey yazdigim ucun bagisla, “mən sadəcə demək istəyirdim”

    Comment by Aysel Əliyeva — March 2, 2010 @ 6:33 pm
  8. Yazida maragli fikirlar vardi… Insan varligi oz istadiyini edanda ozunu daha rahat hiss edir… Manim 26 yasin var son zamanlar na istayiram onuda ediram buda mana xos tasir edir… Yaziniz bu gunki Azarbaycan ganclarina uygun galir..

    Comment by ISMAYIOVA NIGAR. — March 4, 2010 @ 2:53 pm
  9. teklik darixmag 4etindi.daha dogrusu agirdi.
    gozel yazi.

    Comment by ayna — April 26, 2010 @ 5:57 pm

Şərh yaz

RSS feed for comments on this post. TrackBack URL