Ədəbiyyat.Net - Fərqli ədəbiyyatın ünvanı

Poeziya, Proza

February 27, 2010

Alikdən bir hekayə, bir şeir

MƏSUM VƏ MƏHKUM

Qar yağdığı gün güclü çovğun olmuşdu. Ağacları yerə sərmişdi. Yer buz bağlamışdı. Adamlar ehtiyyatla yeriyirdi. Çoxdan bələd olduqları yolda yıxılmaqdan qorxurdular. Yolun solunda, səkidə qaraçı qadını körpəsini bərk-bərk qucaqlayıb oturmuşdu. Yolun sağında yıxılmış ağaclar qətliam qurbanları kimi yan-yana sərilmişdi. Havada olduqca ağır səssizlik vardı… Qadınların çoxu üşüyürdü…

Yolun sonunda qapısının ağzını qar basmış zirzəmidə məsum və məhkum bir stol arxasında oturmuşdu. Məhkum qarşısındakının məsum olduğunu bilirdi və ona məhəbbətlə baxırdı… Məsum qarşısındakının məhkum olduğunu bilirdi və o da eyni baxışlarla baxırdı. Dost idilər. Məhkumla məsum arasında bir sərhəd vardı. Məhkum daim qorxurdu ki məsum sərhədi keçər. Ona çox yazığı gəlirdi. Məsum məhkumun kim olduğunu başa düşürdü. Bilirdi ki, o, fahişədir, oğrudur, əxlaqızdır. Amma onu öz tərəfinə çağırırdı. İstəyirdi məsum olsun. Zavallı bilmirdi ki, məhkumluqdan məsumluğa yol yoxdur. Məhkum bunu anlayırdı və bunu xatırladıqca gözləri yaşarırdı. Məsum məhkumun göz yaşlarını görəndə sevinir, elə bilirdi ki, onu məsumluğa gətirə bilib. Məsum məhkumu olduqca çox istəyirdi.

Qar yağdığı gün güclü çovğun olmuşdu. Ağacları yerə sərmişdi. Yer buz bağlamışdı.. Yolun solunda, səkidə qaraçı qadını körpəsini bərk-bərk qucaqlayıb oturmuşdu. Yolun sağında yıxılmış ağaclar qətliam qurbanları kimi yan-yana sərilmişdi. Havada olduqca ağır səssizlik vardı… Qadınların çoxu üşüyürdü…

- Sən get… Mən hələ burda olacam. İşim var…
- Sən də gəl. Bir yerdə gedək. (Məsum istənilən yolla məhkumu aparmaq istəyirdi. Çünki məhkumun bu dar, qaranlıq zirzəmidə qalacağı təqdirdə nələr edəcəyini, nə işlə məşğul olacağını təxmin etmişdi.)
- Mən gələ bilmərəm. Vacib işlərim var…
- Yalvarıram…
- Yalvarma. Sən get.

Çovğunda addımlamaq olmurdu. Güclü külək əsirdi. Ağaclar qətliam qurbanları kimi yerə sərilmişdi. Soyuqdan paltosuna bərk-bərk bürünmüş məsum artıq uzaqda idi… Çox uzaqlarda…

SUALLARA CAVAB

- Ah, yazıq dostum…

Nə olar, palçıqlı ayaqlarını
stolumun üstünə düzmə,

- Dəli olmusan?
İsa çoxdan ölüb…

- Hə, atam da…
Xərçəngdən..

- Götür ayaqlarını stolumun üstündən…

- Ah yazıq dostum…
Kentavrı sevdiyin üçün tək qaldın?
Bəsdir, ağlama…

- Əzan səsidir…
- Qadındır…
- Allah…

  1. - Ah yazıq dostum…
    Kentavrı sevdiyin üçün tək qaldın?
    Bəsdir, ağlama…

    - Əzan səsidir…
    - Qadındır…
    - Allah…

    Çox maraqlı gəldi bu şeir mənə…səndə yaxşı fəlsəfə var.

    Comment by Orxan ZAMAN — February 28, 2010 @ 3:27 am
  2. Çox maraqlı, insan düşüncəsini özünə sürükləyən və düşünməyə məcbür etdirən yazılardı, maraqla oxudum və şox güman bir-iki dəfə yenə də oxuyacam…

    Comment by Soso — February 28, 2010 @ 7:17 am
  3. Nə olar, palçıqlı ayaqlarını
    stolumun üstünə düzmə,

    maraqlı hekayə və şeir idi Alik, təbriklər

    ama şeir daha gözəl idi. sən şairsən

    Comment by QARAQAPLAN — March 1, 2010 @ 8:17 am
  4. Bədbəxt məsum hardan bilərdi ki, əslində məhkum onu ağlayır.Axı məsumun da içində fahişəlik,oğruluq,əxlaqsızlıq…var.Sadəcə məhkumdan fərqli olaraq hələ bu keyfiyyətlərinin ortaya çıxmasını gərəkdirən situassiya yaranmayıb.məncə onların arasında heç bir sərhəd yox idi.Sadəcə,bir GÜZGÜ.Məhkumun baxıb gördüyü,məsumunsa baxıb, görmək istəmədiyi.
    Bütün məhkumlar bir vaxt məsum olub,bütün məsumlar bir gün mənkum olacaqlar mütləq.

    Azan səsidir…
    qadındır…
    Allah…

    Bu misraları yazan bir ana olsaydı məncə körpə uşaqların gözlərini də unutmazdı.

    Alik, sənin digər yazarlardan fərqli cəhətin,yazdıqlarını oxucuya sadəcə oxudub düşündürmürsən.YAŞADIRSAN.
    İnanki,Məsumluğu,məhkumluğu,Allahı, Qadınlığı,azan səsini iliyiməcən hiss edə bildim.
    TƏŞƏKKÜRLƏR.

    Comment by sona — March 1, 2010 @ 8:22 am
  5. Sona, teshekkur edirem.. Esed chox sagol. Soso sen de sagol. orxan da Sagolsun! Hami sagolsun.. :-)

    Comment by admin — March 1, 2010 @ 8:44 am
  6. Alik, super yazıbsan, çox,özü də lap çox xoşum gəldi, bir zamanlıq fəlsəfi tələblərimi ödəyə bildin, sənə təşəkür edirəm.

    Sona xanımın şərhinə cavab yazmaq istədim,amma dərindən fikirləşəndən sonra onunla razlaşdım, Alikin yazıları kimi bu şərh də mənə çox maraqlı gəldi

    Comment by Rəşad — March 1, 2010 @ 10:55 am
  7. Hekayə o qədər yaxşı alınmayıb, amma şeir çox gözəl idi. Mən istərdim ki, Əlinin şeir kitabı çapdan çıxsın, arada vərəqləyək.

    Comment by Ayxan Kiçikbəy — March 2, 2010 @ 6:43 am
  8. Ax, Ali, Ali…qadinlarin choxu ushuyur, kishilerin choxu bunu anlamir…Ustelik istedadlisan. Ehsen!

    Comment by Aysel Alizade — March 2, 2010 @ 12:53 pm
  9. Alik , super yazmisan…Istenilen mesum mehkum ola biler..ama mehkumun mesum olma shansi yoxdu…cox xoshum geldi..ugurlar!!

    Comment by Arzu Hemzeyeva — March 4, 2010 @ 3:53 pm
  10. çox maraqlı yazıydı,ən əsası düşündürücü idi.Azərbyacan ədəbiyyatında bu tərz hekayələr çox azdı və yenidi.bu yazını mənə önərmişdilər,ona görə oxudum və önərənin gözəl bədii zövqünün olduğuna əmin oldum.İnşallah davamlı olar bu cür yazılarınızın.təşəkkürlər və uğurlar

    Comment by Shahnaz — March 23, 2010 @ 8:39 pm
  11. Alik seirin maraqlıdır…
    …qəribədir…
    …düşündürücüdür…
    …İnsana Tanrını xatırladır…
    …yəni supersen, dostum. Super…

    Comment by Ziyad Quluzadə — March 31, 2010 @ 4:51 am
  12. Əli, sən mənim sevə-sevə oxuduğum və oxuduqca yaşadığım şairsən. Hekayən mənə olduqca doğma gəldi. Allah sənin qələmini hər zaman var etsin!
    Çox sağol dost, yaxşı bir dost olduğuna görə, gözəl yazılarınla yaşadıqlarımızı bizə bir daha və daha fərqli şəkildə yaşatdığına görə- hər şeyə görə…

    Comment by Mirbəhram Əzimbəyli — April 14, 2010 @ 6:36 pm
  13. Hekayə o qədər yaxşı alınmayıb, amma şeir çox gözəl idi. Mən istərdim ki, Əlinin şeir kitabı çapdan çıxsın, arada vərəqləyək.

    Comment by Michelle — April 19, 2010 @ 5:32 pm

Şərh yaz

RSS feed for comments on this post. TrackBack URL