Ədəbiyyat.Net - Fərqli ədəbiyyatın ünvanı

Poeziya

March 1, 2010

Əsəd Qaraqaplan: 25 Yaşlı Tanrı

..gecələr daha uzundu yoxluğundan
həzin bir nəğmədimi qaranlığın çöküşü
varlığın deyil ama yoxluğunun gedişi

sən yoxluğunda varsan
mən varlığında yoxam

küçələr gəlib dirənir otağımın divarına
isti əllər divarıma toxunur
ayılıram divarımdan
arxamda qapılar var
səni qoyub gəlib keçdiyim
içinə çəkildiyim bir hücrədi otağım
insanlardan qurtuluş yox yoxluğunda
varlığımda insan belə olammadım

gecələr var – Tanrı olduğum gecələr
bir qələmin ucunda, bir kağızın içində
gecələr var – bədənimi duymadığım gecələr
üzüqoylu düşdüyüm sonunda söz üstünə
mən yoxluğunda Tanrı
yoxluğunda
həzin bir melodiylə söz keçirən gecədən
hər doğulduğum gün ölmüş
25 yaşlı Tanrı..

baxma əlini tutduğum böyüklüyə
baxma üzünə güldüyümə hər kəs kimi
yataqda sevişməyimə baxma
fahişələrə şirnikdiyim anlara..
altı milyard görnüşüm aldatmasın
qadınlarda, kişilərdə ürəyimin döyüntüsü
çay içib-çörək yediyim
işə gedib gəldiyim aldatmasın..

gecələr gör məni gecələr.. yoxluğunda
altı milyard yoxluğumda
yanındakı adama mən demə
hələ doğulmamış uşağının atasına..
günəşin və elektrik cihazının göstərdiyi mən deyiləm
hamı kimi geyinib-bəzənən, saçlarına jele yaxan..
məni gizlədən biri var hamı kimi..
qollarımın güclülüyü
sənə adam toxunuşum mənim deyil
mənim deyil..
mənim deyil..
deyil..
deyil..
il..
il..

  1. Tebrikler! Yaman yazmisan. Menim Esed dostum, gecələr gör məni gecələr.. yoxluğunda
    altı milyard yoxluğumda
    yanındakı adama mən demə
    hələ doğulmamış uşağının atasına..
    günəşin və elektrik cihazının göstərdiyi mən deyiləm
    hamı kimi geyinib-bəzənən, saçlarına jele yaxan..
    məni gizlədən biri var hamı kimi..
    qollarımın güclülüyü
    sənə adam toxunuşum mənim deyil

    Comment by admin — March 1, 2010 @ 8:51 am
  2. Təşəkkürlər, Alik!

    Comment by QARAQAPLAN — March 1, 2010 @ 8:58 am
  3. Ela! Tebrik edirem sizi. cox beyendim

    Comment by Shahana — March 1, 2010 @ 9:10 am
  4. Əsəd, bu nə əla şeirdi? Lap adamın çığırmağı gəlir.

    Comment by Ayxan Kiçikbəy — March 2, 2010 @ 6:40 am
  5. Eset, şeirin mraqlı və düşündürücüdü, xoşuma gəldi. UğurLAR

    Comment by Gunay Kerimova — March 2, 2010 @ 11:46 am
  6. xosume gelmedi.ne var idi ki burda?

    Comment by Neznayka — March 4, 2010 @ 7:02 pm
  7. 4ox maraqli weirdi.4ox duwundurdu.

    Comment by ayna — March 5, 2010 @ 5:09 pm
  8. qardash yazdiqim xetrine deydise baqisda.haqqini halal ele.man seni incitdiyimden 100000000 qat cox sen meni incitmisen.menim TANRIYA sevdim sonsuzdu.ona gore TANRI adina yalniz ONA laiq sozler yazmaqini dileyirem.bizi YARADANA 25 yasli tanri kimi sozler laiq deyil.1 az dushun mene haq verejeksen.menim kimsenin tehqir etmek kmi 1 niyyetim yoxdu.ozum genceliyem buralara gelsen xeber ele caqirim 1 cayimizi ic 1 az derdleshek.hormetle–NR

    Comment by NUREDDiN — March 5, 2010 @ 5:43 pm
  9. qardash yazdiqim xetrine deydise baqisda.haqqini halal ele.man seni incitdiyimden 100000000 qat cox sen meni incitmisen.menim TANRIYA sevdim sonsuzdu.ona gore TANRI adina yalniz ONA laiq sozler yazmaqini dileyirem.bizi YARADANA 25 yasli tanri kimi sozler laiq deyil.1 az dushun mene haq verejeksen.menim kimsenin tehqir etmek kmi 1 niyyetim yoxdu.ozum genceliyem buralara gelsen xeber ele caqirim 1 cayimizi ic 1 az derdleshek.hormetle–NR…

    Comment by NUREDDiN — March 5, 2010 @ 6:02 pm
  10. Əsəd,axır ki,sənin də şeirini oxudum,doğurdan çox xoşuma gəldi.halaldı,demək,Slavyanda yaradıcılıqda boşuna oxumamısan(zarafat).uğurlar

    Comment by Shahnaz — March 23, 2010 @ 8:44 pm
  11. maraqli seirdi. Ugurlar

    Comment by Huseynzade Nermin — April 23, 2010 @ 9:07 pm

Şərh yaz

RSS feed for comments on this post. TrackBack URL