Ədəbiyyat.Net - Fərqli ədəbiyyatın ünvanı

Poeziya

February 4, 2010

Aysel Əlizadədədən bir şeir

Alov idi gozlərimdəki
Od idi…odu sevirdim
səndən əvvəl
atəşpərəstdim..
Getdin…
Yanmaqdan qorxdun.
Soyuqsan, səni necə sevim?
Necə ağlayım səninçün?
Necə özləyim?
Soyuq nəyimə gərək
qış var qarşıda
Hələ nə qədər qış var…
Sən gözlərimi nəyə dəyişdin?
Nəyə?
Hansı gecəyə, hansı yağmura?
Şəhərin solgun sabahını
tək qarşılayıb
Yazıq gecəsini tək ötürürəm
Gələnim gedənim tək onlardır.
tək onlar.
Sən getdiyin an yadımda deyil
Getdinmi sən?
Gəlməmişdin bəlkə heç
Olmamışdın sevgilim.
Necə oldu bir anlıq,
bir anlıq necəsə oldu
Səni yanimda istədim.
Sonra üzümü çevirib unutdum.
Yalan deyirəm, unuda bilmədim.
Sən hamıdan gec gəldin.
Hamıdan tez getdin.
Həmişə belədir.
Ən çox sevilənlər
Ən tez gedənlərdir.
Kimsə anlamaz ki, bunları
Kimsə anlamaz .
Yaman axşam oldu,
yaman qaranlıq düşdü.
Coşdu şəhər xəzrisi
Gözümə toz doldurdu.
Yaman gecə düşdü.
Yaman sənsiz oldum.
Külək doldu gözümə
söndürdü gözümdə odu
yenə gözlərim doldu
tozla…küləklə…
küləyin altında duşünürəm
baxsana halıma səni gözləyirəm
gələnim gedənimsə
bir solgun sabah, bir yazıq gecədir
kim deyərdi
kuləyə bürünüb gözləyəcəm
donacam bir gün
qışdan öncə…
səni sevdiyimi anlayacam …

  1. SUPER SHEIRDI… tebrik edirem…

    Comment by admin — February 4, 2010 @ 1:00 pm
  2. Ən çox sevilənlər
    ən tez gedənlərdir

    Gələnim gedənimsə
    bir solqun sabah,bir yazıq gecədir.

    Qalanlarını unutdum.düzü unudulmağı haketdilər.
    uğurlar!!!

    Comment by sona — February 6, 2010 @ 11:36 am
  3. Qəşəngdir.
    525-ci qəzetdə maraqlı məqalələrinizi gözləyirik!
    Uğurlar!

    Comment by Səidə — February 9, 2010 @ 7:08 pm
  4. Tebrikler Aysel. Senin meqalalerini de 525-den oxuyuram. Maraqlidi

    Comment by Ferid Huseyn — February 10, 2010 @ 12:35 pm
  5. sherinizi oxumadan once salamlar !!
    Tebrizden tapdim sehifenizi !!
    belke heyat yoldashimin soyadinyla adash olan familyan meni maraqlandirdi bu sehifeye!!
    Bakidan Tebrize bir qarish yol var !!!
    qarishladim men
    sen nece ?!

    Comment by settar — February 11, 2010 @ 7:13 pm
  6. Mən Aysel xanımın şeirlərini həmişə oxumuşam və onun şeirləri həmişə özünəməxsus, maraqlı olur. Aysel Əlizadəyə yaradıcılıq uğurları arzulayıram.

    Comment by Ayxan Kiçikbəy — February 12, 2010 @ 11:30 am
  7. gedenlerin deyerini getdiklerinden evvel bile bilmirik…

    Comment by Turan — February 21, 2010 @ 4:01 pm
  8. An cox sevilanlar. An tez gedanlardir bu cox dogru fikirdi. Hamisa bela olub va olacaqda. Tez gedanlar hec zaman unudulmur…

    Comment by ISMAYIOVA NIGAR. — March 8, 2010 @ 6:35 pm
  9. Tabriklar Aysel xanim.

    Comment by ISMAYIOVA NIGAR. — March 8, 2010 @ 6:36 pm

Şərh yaz

RSS feed for comments on this post. TrackBack URL