Ədəbiyyat.Net - Fərqli ədəbiyyatın ünvanı

Poeziya

February 6, 2010

Rəcəb Sahib Hüseyni: Vətəndaş

Öyünmə, zəngin bir dövlətim vardır
Olub məmurların quldur, vətəndaş.
Hər yerdə məmurlar xalqa işləyir
Səninki nəfsinə quldur, vətəndaş.

Yarandın qazmağı qaşımaq üçün,
Məmuru belində daşımaq üçün.
Pul qazan, ver rüşvət yaşamaq üçün
Məmurun cibini doldur, vətəndaş.

İstərsən özünü dograyib uzan,
Vətəndaş, maraqli deyilsən inan
Məmurçun deyildir vətəndaş insan
Muhtəməl manatdır, puldur vətəndaş.

Bir santım inkişaf etmək istəsən,
Bir azca cücərib bitmək istəsən,
Bir addım qabağa getmək istəsən,
Şansların, imkanın “noldur”, vətəndaş.

Nə biçdin yarısın onlarla tən böl
Satginan şirkəti, get yixil sən öl
Biznesin qisirdi, vermeyecek döl
Nazir – biznesmenlər boldur, vətəndaş.

Nazirlik onundə yüz fəhlə bu gun
Pozur nazirliyin şux görünüşün.
İstəsə biçəcək, kəsəcək kökün,
Tikandir, qanqaldır, koldur vətəndaş.

Artiq gözlərindən yuxu da gedib
Bu olay məmuru narahat edib
Utanmaz, gör gəlib bir harda bitib
Arzu olunmayan qıldır vətəndaş.

Bu rejim səni də yanüstə yıxdı,
Yıxmaqla qalmadı, üstünə çıxdı,
Sözünü, səsini içinə tıxdı.
Bir dəfə səsini qaldır, vətəndaş…

  1. Minnatdaram. Cagdas Azarbaycanimiza cox uygun galir! Yasadigimiz zamanada hec kim bir birinin kitabini oxumur. Oxumag qalsin bir qiraga! Hami bir-birini aldadir va bundan zovq alir! Yalan gundalik hayatimizin silinmaz bir hissasi olub! Vatandas QALBAN QALXSA BALKA NASA OLAR! ODA BALKA! Siza ugurlar…

    Comment by ISMAYIOVA NIGAR. — March 4, 2010 @ 4:40 pm

Şərh yaz

RSS feed for comments on this post. TrackBack URL