Ədəbiyyat.Net - Fərqli ədəbiyyatın ünvanı

Alternativa

February 9, 2010

dodaq-dodağa boğulmaq – from orhan aip blog

Bir dəfə sevgilinizlə öpüşərkən, bir-birinizin burnunu tutun. Dodaqlarınızı bir-birindən ayırmadan bütün ehtirasınızla öpüşməyə davam edin.

Hava axını kəsilir, boğulmağa başlayırsız. Deyirlər ki, yüngül asfiksiya (boğulma) ehtirası artırır.

Mənimçünsə bu prosesin ən maraqlı tərəfi tam başqadır: insan öpüşün, sevgilisinin gerçək qiymətini hiss edir.

Mən nəfəsi kəsilərkən dodaqlarını dodaqlarımdan ayırmayan birinin bədənimə sıxılmış bədənimi hiss edirəm. Həmin vaxt içimdə bir ağrını hiss edirəm. Bunun adı boğulmaqdı.

Sonra bir göz qırpımında aralanırsız. Dərin bir nəfəs alıb ikinci dəfə həyata göz açmış insanlar kimi bir-birinə baxacaqsız. Bu an həyat bütün gözəlliyi və faniliyi ilə qarşınızda canlanacaq. Qarşınızdakı bədən – aranızda dəri qatı, epidermis, piy qatı olmasına baxmayaraq, siz bir-birinizə daxil olmağı bacarmısız.

Həyat bərbad ola bilər, küçədə qar əriyir, yollar çirkabın içindədi. tv`də sərsəmləmələr davam edir, cibdə pul yox, amma dodaq-dodağa boğulduğunuz o insan üçün yaşamağa dəyər – gülümsəyin…

  1. lap kim ki dukun filmindeki kimi… dodaq dodaqa intihar…

    Comment by Aleni — February 28, 2010 @ 1:26 pm
  2. Maragli yazidi oxudugda bela insan hayacanlanir!!! Yazdiglarinizi tacrubadan kecirmak lazimdir! Zaman galar oda hayata kecar…

    Comment by ISMAYIOVA NIGAR. — March 4, 2010 @ 4:33 pm

Şərh yaz

RSS feed for comments on this post. TrackBack URL