Sevinc Pərvanədən sevgililər gününə hədiyyə: “Yoxsan…”
Xüsusi olaraq edebiyyat.net üçün
yoxsan
o qədər dağınıq hər şey
tez-tez çayımı üstümə dağıdıram
yapışır şalvarım qıçıma
yanıram, yanıram.
əlimlə qoyduğum əşyanın yerini unuduram
şərləyirəm evdəkiləri
axırda özüm tapıram
oxuduğum kitabları
qaldığım yerdən deyil
başdan başlayıram
pişiyimə kök
dovşanıma ət verirəm
sənə yox
müdirimə zəng edirəm…
bilgisayarımın yaddaşından
lazımlı faylı
çaşıb silirəm
evdə işıqları yanılı
suyu açıq buraxıram
deyinir anam
ayaqyolunda suyu çəkməyi unuduram
deyinir anam
bir saatın içində
üç dəfə soruşuram
ayın tarixini
marketlərdə pulu artıq verirəm
avtobusdan pulsuz enirəm
unuduram dişlərimi fırçalamağı
tərs geyinirəm köynəyimi
işim düz gəlmir
o qədər dağınıq hər şey…








Sevinc,sənin şeirlərindəki səmimiyyəti daha çox bəyənirəm.Həmişə belə ol.Maraqlı fikirlər var idi şeirində.Uğurlar olsun…
Semimi seire gore Sevinc xanima tesekurler.
Sheirlerini ashagida yuxari oxuyuram. Ve sonuncudan ikinci bendin daha maraqli gelir.
“tez-tez çayımı üstümə dağıdıram
yapışır şalvarım qıçıma
yanıram, yanıram”.
cooooox maraqlidir….
HEQIQI QESHENG ALINIB.SEVGIDEN DAHA DOGRUSU SEVGISIZLIKDEN BUNDAN QESHEN ALINMAZDI MENCE
Ela seirdir. Bu arada yazari yeni cixan kitabi muasibetile tebrik edirem.
Sheiri oxuyuram ve bacim da yanimda menimle paralel oxuyur) ve poeziyamizin muasir zamanindan xebersiz olaraq deyir: “Bu ne sheirdi? gor ne gunde yazirlar. biyabirchiliq”. men ise susuram, chunki istesem de anlada bilmeyeceyem, en azindan insanin depressiyali veziyyetini ozunde butunlukle eks etdiren bu sheiri istesemde beyendire bilmeyeceyem. like
p. S. sonda bele deyir: bunlar da deyir biz yashayiriq… (o, omrunde eline bir kitab almayib, baxdiqi atv seviyyeli verilishler, dinlediyi de radiolarda olan mahnilar)
P.P.S. bizim bu gun ki gencliyimiz bax belece ayrilib: 1. Zovqlu ve zovqsuz
Minnatdaram Sevinc xanim. Maragli serdi. Mandada bela halar cox olub! Itgi hamisa insana zarba vurmaga calisir… Bazan unutqanligimdan yollarida sahv saliram! Marketa giriram na almag lazimdir onuda unuduram! Seriniz qalbimdan xabar verdi.