Azərbaycanda psixi xəstələrin sayı ilbəil artır
Azərbaycanda psixi xəstələrin sayı artır. Və ildə 5 minə yaxın yeni psixi xəstə qeydə alınır. Bunların da əksəriyyəti yeniyetmələr, gənclərdir.
Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyir ki, bu vəziyyət əsasən irsi yolla keçmə nəticəsində yaranıb. Deputatın fikrincə, bunun profilaktikası məqsədi ilə tezliklə «Ailə məcəlləsi»nə müvafiq əlavə və dəyişikliklər edilməlidir:
«Məcəlləyə komitə tərəfindən müxtəlif dəyişikliklər təklif edilib. Ancaq nikaha girən şəxslərin sağlamlıq vəziyyəti barədə tibbi arayış almaları və bir-birini məlumatlandırması məsələsinə baxılması hələ gözlənilmir».
Musa Quliyev hesab edir ki, digər dəyişikliklər gözləyə bilər, amma bu məsələyə parlamentdə tezliklə baxılmalıdır.








Adaşım düz deyir, baxılmalıdır =))
Milletce postmodernlesirik(?) ona gore(?)
Maragli fikirlar var… Bu gunki ganclarin psixoloji vaziyyati cix pisdir. Bununla cox raziyam… Ganclarda dahsatli daracada konplekslar var! Buda insanlarin ozuna guvanliksizliyindan irali galir! Ozuna guvanan ganc istar qiz istar oglan psixolojo vaziyyatla mubariza apara bilir. Bunun ucun oxumag lazimdir… KITAB RUHUN QIDASIDIR. KITAB ADAMI INSAN EDIR… Toydan onca yoxlanmaya qalsa man getmar ona gora ki, yoxlamalara cavb vermayacam. Man istamadan mani yuklayirlar!