Ədəbiyyat.Net - Fərqli ədəbiyyatın ünvanı

Poeziya

July 7, 2010

Seyid Ramindən bir şeir


Dua

Bu könül dözmədi eşqin belə işgəncəsinə,
Kimsə səs vermədi neyçünsə bu könlün səsinə,
“Əlim hər yandan üzüldü ümüdüm qaldı yenə,
Sənə doğru açılan əllərimin kölgəsinə.”

Yürüyərkən yolumu sanki itirdim gəldim
Özümü mən buraya güclə yetirdim gəldim,
Hər nəyim vardısa izninlə gətirdim, gəldim,
“Sənə doğru açılan əllərimin kölgəsinə.”

Mən sənin eşqini qəlbimlə tutub saxlamışam,
Eşqimin atəşini söndürərək ağlamışam,
Həmişə mən dar ayaqda ümüdü bağlamışam,
“Sənə doğru açılan əllərimin kölgəsinə.”

Göz yaşım gözlərimi dandı çölə çıxmaq üçün,
Göz yaşım çırpınaraq döndü selə axmaq üçün,
Göz yaşım axdı töküldü yerə ki, baxmaq üçün,
“Sənə doğru açılan əllərimin kölgəsinə.”

Şərh yaz

RSS feed for comments on this post. TrackBack URL