Ədəbiyyat.Net - Fərqli ədəbiyyatın ünvanı

Poeziya

July 18, 2010

Əfsanə Laçın: Şeirlər

Metrodayam
Qatarlar iki dəqiqədən bir gəlib gedir.
Minmirəm
Sayıram ömrümdən gedən dəqiqələri.
Qatarlar ötdükcə
Ömrümdən gedir.
Deyəsən lap qocalmışam…..
Diqqət,Diqqət
Sərnişinlərin nəzərinə
Qatar depoya gedir.

***

Get dərdini,qəmini
soyun gəl
Get üzünü çayda yu
qara bəxtini
suya axıt gəl!
Gəl bir az
üzünə,gözünə
sevinc sürtüm
xoşbəxtlik libası
alım bahalı.
Bəsdir nəfəs aldın
Bir az yaşa sən!

***

Telefon.
Nə qəribə aparatdı.
Arzulayanda basırsan düyməni
1 neçə dəqiqəlik
Səsin qonaq gedir
əzizinin səsinə
Deyirəm bir aparat olaydı
Düyməsini basaydın
qonaq gedəydin bir neçə dəqiqəlik əzizinə.

  1. ezizim senin bu hissler,heyat,sevgi dolu sheirini tebrik edirem.yeni yaradiciliq ugurlari arzulayiram.her shey gormek isteyen ucun gozeldir.gozel gormeyi ve hemishe gozel yazmagi arzulayiram.

    Comment by nuranenur — August 2, 2010 @ 3:55 am

Şərh yaz

RSS feed for comments on this post. TrackBack URL